26.02.2017 08:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Vaezi: “Azərbaycan prezidenti qarşıdakı 10 gün ərzində Tehrana səfər edəcək”
 
24.02.2017
IRNA, İran
 

  Əliyevdən Türkiyə mesajı: “Daha sabit dövr başlayacaq”
 
24.02.2017
Yeni Şafak, Türkiyə
 

  Azərbaycan ispaniyalı arxeoloqa cinayət işi açıb
 
24.02.2017
Terra, İspaniya
 

  Azərbaycanın iqtisadiyyat naziri: “Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir”
 
24.02.2017
IRNA, İran
 

  Gürcüstan, Türkiyə və Azərbaycan biznes forum keçirib
 
24.02.2017
Le Caucase, Fransa
 

 
 
İlham Əliyev 55 illik yubileyini qeyd edir - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
26.12.2016


Azərbaycan prezidenti yubiley münasibətilə gələn təbrikləri qəbul edir. İlham Əliyevin 55 yaşı tamam olur. Ölkənin əsas postuna 13 il əvvəl gəlmiş Əliyev, bu vəzifədə atası Heydər Əliyevi əvəzləyib. Bundan sonra xalq daha iki dəfə respublikanın taleyini ona etibar edib.

Bu yolun necə keçildiyini bizə Andrey Şlyapnikov danışacaq.

Savadlı, ziyalı, gözəl yumor hissinə və səmimi təbəssümə malik Azərbaycan prezidentinin 55 yaşı tamam olur.

Dmitri Kisilyov (Vesti nedeli proqramının müəllifi və aparıcısı): “Bizdə belə hallarda deyirlər ki, o, çox mətin insandır. Söhbət yetkin bir şəxsiyyətdən, güclü kişi xasiyyətindən gedir. Mənə elə gəlir ki, o, zamanı qabaqlayıb. Bu üzdən o, siyasətə indi gələn yeni nəsil ilə harmonik görünür”.

Ölkəsinin və bütöv Azərbaycan xalqının məsuliyyəti onun çiyinlərinə hələ erkən yaşlarında düşüb. 42 yaşında prezident seçilən İlham Əliyev, müstəqil Azərbaycanı ayağa qaldırmış, qorumuş və möhkəmləndirmiş atası Heydər Əliyevin kursunu uğurla davam etdirib. İlham Heydəroğlu bu inkişafı sürətləndirib, Azərbaycanı müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirib. Təkcə son 10 ildə ümumaxili məhsul demək olar ki, 2,5 dəfə artıb, investisiyaların həcmi isə 189 milyard dollar təşkil edib.

Yuli Qusman (kinorejissor): “Gənc prezident İlham Heydər oğlu Əliyevin qarşısında çox böyük və ciddi çağırışlar dururdu. Anladığım qədər onun üçün ən əsası atasının, böyük rəhbər Heydər Əliyevin adına layiq olmaq idi. Çox təəssüf ki, o, bu günləri görmədi. Görsəydi, oğluyla qürur duyardı”.

İlham Əliyev bütün sahələrə yeni baxışıyla fərqlənib. Bakı geniş prospektləri və memarlıq fikrinin urbanistik əsərlərilə zəngin olan supermüasir bir şəhərə çevrilib. Burada çoxəsirlik tarixlə müasirlik arasında bir ahəng var.

İlham Əliyev müstəqil siyasət yürüdür, lakin Rusiyaya olan isti münasibətini də gizlətmir. Azərbaycanda rus dilinə sevgi və hörmətlə yanaşırlar. Ölkədə 90 min şagirdin rus dilində təhsil aldığı 300-dən çox məktəb fəaliyyət göstərir.

Dmitri Kisilyov (“Vesti nedeli” proqramının müəllifi və aparıcısı): “Əliyev rus dilini haqlı olaraq Avropaya, sivilizasiyaya pəncərə sayır. O, bundan problem yaratmır, əksinə, bir fürsət kimi istifadə edir”.

Və bu da təsadüf sayıla bilməz. Axı İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun sadəcə məzunu deyil – o, bu ali məktəbin fəxri və prezident kürsüsünə yüksəlmiş hələ ki, yeganə məzunudur.

Nikolay Lebedev (1974-1984-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru): “Mən sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. “5” əla deməkdir. Mən sizə institutda oxuğunuz zaman da “5” yazırdım. Siz bu qiyməti qabaqcıl bir ölkənin rəhbəri kimi də almısınız”.

Hələ 2010-cü ildə Azərbaycan “insan inkişafının yüksək olduğu” ölkələr qrupuna daxil olub. İndi əsas məqsəd iddialı “Azərbaycan-2020. Gələcəyə baxış” proqramını uğurla həyata keçirmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və orta gəliri yüksək ölkələrin sırasına daxil olmaqdır.

Dmitri Kisilyov (“Vesti nedeli” proqramının müəllifi və aparıcısı): “Əliyev üçün ən dəyərli və doğma olanı ölkəsi naminə qarşısına qoyduğu hədəflərdir. Bu hədəflər isə müstəqil, zəngin, məğrur və dinc Azərbaycandır”.

Yuli Qusman (kinorejissor): “Azərbaycan doğru yoldadır və xoş olanı odur ki, bu yolda ölkəni prezident İlham Əliyev kimi gözəl bir lider irəli aparır”.

Andrey Şlyapnikov, Andrey Şneyer, Dmitri Vişkeviç, “Vesti”.

 

(Rus dilindən tərcümə - WM)

Mənbə: ROSSİYA 24

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az