23.04.2017 15:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İşıqların rəqs etdiyi şəhər - FOTOREPORTAJ
 
21.04.2017
Hürriyet, Türkiyə
 

  İslam Həmrəyliyi Oyunları: Bakı yarışında 57 ölkə iştirak edəcək
 
21.04.2017
L’Expression, Əlcəzair
 

  Azərbaycanlı çobanın ifası interneti “partlatdı” - VİDEO
 
20.04.2017
DNI24.COM, Rusiya
 

  Naftalan vannası qəbul etmək, çimərlikdə dincəlməkçün Azərbaycana gedək
 
20.04.2017
Komsomolskaya pravda, Belarus
 

  Azərbaycanda nüvə əndişəsi
 
19.04.2017
The Washington Times, ABŞ
 

 
 
“Azərbaycandan ilk sərnişin qatarı dekabrın 30-da Məşhədə daxil olacaq”

 
 



IRNA, İran
27.12.2016


Müəllif: Naser Əsədzadə Hərəvi

Naxçıvan-Məşhəd marşrutu üzrə işləyəcək sərnişin qatarı Azərbaycan Respublikası və İran İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə dekabrın 29-da rəsmən istismara veriləcək.

Bunu IRNA agentliyinə Xorasan vilayəti Dəmir Yolu Baş İdarəsinin rəisi Muhəmməd Hadi Ziyayi bildirib: “Qatar dekabrın 29-u İran vaxtı ilə saat 10:30-da Naxçıvan stansiyasından hərəkətə başlayacaq. 1858 kilometr məsafə qət edəcək qatar dekabrın 30-u saat 17:00 radələrində Məşhəd şəhərinə çatacaq”.

Muhəmməd Hadi Ziyayinin sözlərinə görə, qatara biletin qiyməti 40 İsveçrə frankı/1.580.000 İran rialı təşkil edəcək. Vaqonlar 4 nəfərlik yataq şəraitli kupelərdən ibarətdir. Qatarın heyət üzvləri Azərbaycan Respublikası tərəfindən müəyyən edilir.

“Vaqon asqılarının uyğunlaşdırılması, sərnişinlərin gömrük və inzibati rəsmiləşdirilməsi müvafiq qurumlarla koordinasiya şəraitində mümkün qədər qısa vaxtda Culfa sərhəd stansiyasında həyata keçiriləcək”, - deyə o, qeyd edib: “Hazırda qatarın Naxçıvan, Culfa, Təbriz, Zəncan, Şahrud və Məşhəd marşrutu üzrə həftədə 1 dəfə hərəkəti nəzərdə tutulur. O, həftə sonu Naxçıvandan, həftə arası isə Məşhəddən yola düşəcək”.

Ziyayi bildirib ki, Naxçıvan-Məşhəd qatarına əvvəlcədən bilet satışının qiyməti yanvarın 1-dən hər iki ölkənin bilet satışı sistemində yer alacaq.

Qatar Azərbaycanla İran arasında bu ilin fevralında əldə olunmuş razılaşma əsasında istifadəyə verilir.

Ümumilikdə 10 min kilometrlik İran dəmir yolu şəbəkəsinin 14%-i, yəni 1400 kilometri Xorasan vilayətinə aiddir.

Qeyd edək ki, Xorasan vilayəti ölkənin vaqon parkında sərnişin daşınması üzrə ən çox paya malik olmaqla, birinci yerdədir. Məşhəd dəmir yolu vasitəsilə ayda orta hesabla 1.150.000 sərnişin daşınır.

(Fars dilindən tərcümə - WM)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az