25.04.2018 18:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycandan Ermənistana ağır zərbə

 
 



Türkiye gazetesi, Türkiyə
30.12.2016


Azərbaycan ordusu Ermənistana məxsus kəşfiyyat qrupunun ölkə ərazisinə keçmək cəhdinin qarşısını alıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sərhədi keçməyə cəhd edən erməni kəşfiyyat qrupu pusquya düşüb. Nəticədə tərəflər arasında döyüş başlayıb və erməni silahlıları itki verərək geri çəkilib. Məlumatda Azərbaycan ordusundan 1 əsgərinin itkin düşdüyü də bildirilir. İtkin düşmüş əsgərin tapılması istiqamətində tədbirlər görülür.

Nazirliyin açıqlamasında deyilir ki, təxribatlara davam edəcəyi təqdirdə Ermənistan tərəfi daha böyük itkilərlə qarşı-qarşıya qalacaq.

Azərbaycan Ermənistana məxsus pilotsuz uçan aparatı vurub

Bu arada Azərbaycanın Ermənistana məxsus pilotsuz uçan aparatı vurduğu məlum olub. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, pilotsuz uçan aparat cəbhə xəttinin Tərtər rayonu istiqamətində, Azərbaycanın mövqeləri üzərində uçurmuş. Bu zaman o, xüsusi üsulla vurulub.

(Türk dilindən tərcümə - WM)

Mənbə: Türkiye gazetesi


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az