13.12.2017 17:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan neftin ucuzlaşmasının iqtisadiyyata təsirini azaltmaq üçün alternativ yollara əl atır - VİDEO

 
 



Əl-Cəzirə, Qətər
07.01.2017


Dünyada neft və qazın qiymətinin artdığı dövrdə 70%-i enerji resurslarına əsaslanan Azərbaycan iqtisadiyyatında böyük sıçrayış baş vermişdi. Ölkədə iqtisadi artım 15%-ə çatmışdı. Lakin qiymətlərin ucuzlaşması ilə bu sektorun gəlirləri də azalıb.

Aydın Hüseynov (iqtisadçı): “Neft gəlirlərinin azalması nəticəsində Azərbaycan iqtisadiyyatında geriləmə baş verib. Lakin strateji ehtiyatlar bu geriləmənin ümumi göstəricilərə təsirini yumşaldıb”.

İnkişaf Azərbaycana sosial-iqtisadi artımla, ərzaq təhlükəsizliyilə bağlı bir sıra layihələrin reallaşdırılmasına imkan verib. Həmin dövrdə ölkəyə 10 milyard dollaradək xarici investisiyanın cəlbi neftdən asılılığın azaldılmasına da şərait yaradıb.

Rüfət Məmmədov (AZPROMO-nun rəhbəri): “Hazırda Azərbaycan öz iqtisadiyyatının 70%-ni qeyri-neft iqtisadi resursları üzərində qurmağa, istehsal sahələrində struktur islahatları həyata keçirməyə çalışır”.

Sənayenin təşviqi və inkişafı, investisiyaların cəlb edilməsi çərçivəsində ölkədə Kimya Sənayesi Parkı layihəsi də həyata keçirilir. Bu layihəyə 5 milyard dollar həcmində investisiya cəlb edilməsi planlaşdırılır. Layihə çərçivəsində artıq 1 milyardlıq investisiya cəlb edilib və nəticədə 9 iri sənaye şirkəti yaradılıb.

Zaur Məmmədov (Kimya Sənaye Parkının direktor müavini): “Bu, strateji investisiya layihəsidir. Layihə dövlət zəmanətli daxili və xarici investisiyaları cəlb edir, investorlar üçün vergi, gömrük güzəştlərini nəzərdə tutur”.

Ölkədə kənd təsərrüfatı da strateji sahəyə çevrilib. Dövlət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorları və fermerləri dəstəkləyən bir sıra qanunlar qəbul edib. İndi, kənd təsərrüfatı məhsulları, xüsusilə çay və meyvə istehsalçılarına geniş maliyyə və loqistik güzəştlər təqdim edilir.

Neft-qaz gəlirlərinin azalması Azərbaycanı kənd təsərrüfatı və onunla bağlı istehsal sahələrinin inkişafına sövq edib. Bu, Azərbaycan iqtisadiyyatının gücləndirilməsi məqsədilə həyata keçirilən strateji tədbirlərdən biridir.

Ömər Xaşram, “Əl-Cəzirə”, Lənkəran, Azərbaycanın cənubu.

 

(Ərəb dilindən tərcümə - WM)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az