23.05.2017 07:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Azərbaycan xalq rəqslərinin və nəğmələrinin çalarları - VİDEO

 
 



Əl-Cəzirə, Qətər
10.01.2017


Azərbaycanın cənubunda yerləşən Lənkəran şəhərinin “Nənələr” folklor ansamblı yüz illərdən bəri nəsildən-nəslə ötürülən nəğmələr oxuyur. Talış nənələrinin həyatına çevrilmiş bu nəğmələr bu diyarın irsindən xəbər verir. Onlar əkin sahələrində, evlərində işləyərkən belə, öz hərəkətlərilə gündəlik həyatın anlarını əks etdirən folklor yaradırlar.

Gülbəzək Kərimova (Ansamblın üzvü): “Biz əsrlərdən bəri oxunan bu nəğmələrlə gündəlik həyatımızı, arzularımızı tərənnüm edirik”.

Nənələr irsən aldıqları folklor rəqslərini, mədəniyyətlərini nəvələrinə öyrətməyə çalışır. Azərbaycan hökuməti də bunu təşviq edir. O, yeni nəsli Azərbaycanda yaşayan müxtəlif xalqların nəsildən-nəslə ötürdüyü mədəniyyətlərin öyrənilməsinə yönləndirir.

Folklor qrupunun rəhbəri: “Bu, Azərbaycanda talış xalqının folklorudur. Lakin biz uşaqlarımıza başqa xalqların da folklorunu öyrədirik. Bununla da ölkəmizin zəngin və rəngarəng mədəni irsinin sintezini çatdırmağa çalışırıq”.

Azərbaycanlılar deyir ki, onların folklor rəqsləri gündəlik həyata aid sənət əsəridir. Bu rəqslər burada yaşamış müxtəlif xalqların nəsildən-nəslə keçmiş, əsrlərdən gələn mentalitetini əks etdirir.

Xalq rəqsləri təkcə Azərbaycanın kənlərində ifa edilmir, həmçinin bütün ictimai tədbirlərdə, ümumxalq və rəsmi bayramlarda da təqdim olunur. O, cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanıb. Bu rəqslər turistlərin də marağını cəlb edir.

Azad Həsənli (Folklorşünas): “Azərbaycan folklorunda onlarla ifadə formaları var. Onlar izləyicilərini sanki keçmişdən indiyə ekskursiya etdirir. Biz multikulturalizmimizlə, folklorumuzun bu zəngin sintezi ilə fəxr edirik”.

Azərbaycan xalq rəqslərinin elementlərində Qafqazdakı türk ölkələrinə və keçmiş Sovet İttifaqı xalqlarına xas mədəniyyətlərin təsiri özünü göstərir. Hər bir rəqs xalqların nəsildən-nəslə ötürdüyü əsatirləri və mədəniyyətləri ifadə edir. Bütün bunlar isə birlikdə müasir Azərbaycan mədəniyyətini təşkil edir.

Ömər Xaşram, “Əl-Cəzirə”, Lənkəran, Azərbaycanın cənubu.

 

(Ərəb dilindən tərcümə - WM)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az