26.02.2017 08:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Vaezi: “Azərbaycan prezidenti qarşıdakı 10 gün ərzində Tehrana səfər edəcək”
 
24.02.2017
IRNA, İran
 

  Əliyevdən Türkiyə mesajı: “Daha sabit dövr başlayacaq”
 
24.02.2017
Yeni Şafak, Türkiyə
 

  Azərbaycan ispaniyalı arxeoloqa cinayət işi açıb
 
24.02.2017
Terra, İspaniya
 

  Azərbaycanın iqtisadiyyat naziri: “Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir”
 
24.02.2017
IRNA, İran
 

  Gürcüstan, Türkiyə və Azərbaycan biznes forum keçirib
 
24.02.2017
Le Caucase, Fransa
 

 
 
Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etdi

 
 



CNN Türk, Türkiyə
11.01.2017


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında 2017-ci ili ölkəsində “İslam Həmrəyliyi ili” elan edib.

Əliyev Bakıda bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyət daşıdığını bildirib. Bu oyunları təşkil etməklə bir daha güclərini, dini dəyərlərə sadiqliklərini göstərəcəklərini vurğulayan Əliyev deyib: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.

“İşğalı heç vaxt qəbul etməyəcəyik”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan İlham Əliyev 2016-cı ilin aprelində Azərbaycan ordusunun düşmənə ağır zərbə vurduğunu, minlərlə hektar ərazini işğaldan azad etdiyini xatırladıb. “Aprel döyüşlərində əldə etdiyimiz parlaq qələbə həm bizim gücümüzü, həm də işğalla heç vaxt barışmayacağımızı göstərdi. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Xaricdən yardımlar olmasa, onlar bizim Qabağımızda bir həftə belə, duruş gətirə bilməz. Bunu özləri də etiraf edir”, - deyə Əliyev bildirib.

(Türk dilindən tərcümə - WM)

Mənbə: CNN Türk

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az