23.05.2017 07:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Meyvə mürəbbəsi ilə çay Azərbaycan mədəniyyətinin vizit kartıdır - VİDEO

 
 



Əl-Cəzirə, Qətər
11.01.2017


Azərbaycanın cənubunda yerləşən Lənkəran şəhərində azərbaycanlılar çayın hazırlanması və içilməsilə bağlı xüsusi ənənəyə riayət edir. Onlar çayı bölgələrində yetişən meyvələrdən düzəldilmiş bir neçə növ mürəbbə ilə təqdim edir və içir. Bu, uzun illərdən bəri nəsildən-nəslə ötürülən adətdir və bu adət bölgədə meyvələrin çoxluğu, süni şəkərin azlığı üzündən formalaşıb.

S.Hüseynova (Mədəniyyət Evinin direktoru): “Çay süfrəyə ən azı iki mürəbbə ilə verilir. Bu, xüsusilə, qışda sağlamlığa faydalıdır. Mürəbbə hazırlamaq üçün çox meyvələrimiz var. Biz gündə bir neçə dəfə çay içirik”.

Lənkəranda təşkil edilən çay dəsgahları müxtəlif təbəqəyə, yaş qrupuna aid insanları bir araya gətirən, onların arasında səmimi ortam yaradan tədbirlərdir.

Burada çayla bağlı adətlərdən birinə əsasən, qız evi qızı ərə verməyə razılıq əlaməti kimi, elçilərə mürəbbə və şirniyyatla çay təqdim edir. Elçilərin istəyi rədd olunursa, onlara nə çay, nə də şirniyyat verilir.

Eldar: “Axşamlar süfrə arxasında ailəmlə birlikdə çay içməyi xoşlayıram. Onlarla birlikdə özümü xoşbəxt hiss edirəm. Çayı yalnız əncir mürəbbəsi ilə içməyi sevirəm”.

Azərbaycanlılar deyir ki, çay onların həyatının bir hissəsidir. Onlar yalnız öz ölkələrində istehsal olunan çayı içir, bunun üçün xüsusi çay dəsgahı hazırlayırlar.

Çayın ictimai əhəmiyyəti ilə yanaşı, ölkənin cənubunda iqtisadi dəyəri də var. Bölgə əhalisinin 70%-i çay sahələrində işləyir. Azərbaycan çayı özünəməxsusdur. O təbiidir və kimyəvi maddələrdən xalidir. Çay istehsalçıları deyir ki, bu, dünyada seylon çayından sonra ən yaxşı çaydır.

Araz Yaqubov (Çay fabrikinin sahibi): “Bu, bizim üçün həyat tərzi, eləcə də bölgə sakinləri üçün gəlir mənbəyidir. Çay dəsgahı ictimai bağlılıq və ünsiyyət vasitəsidir. Eyni zamanda çay insanlar üçün özünəməxsus hazırlanma qaydaları olan, nəsildən-nəslə ötürülən ictimai mirasdır”.

Azərbaycanın bütün şəhərlərində keçirilən rəsmi və qeyri-rəsmi məclislərdə, hətta diplomatik görüşlərdə belə, xüsusi qaydada çay dəsgahı hazırlanır. Bu zaman çay süfrəyə elə azərbaycanlıların hazırladıqları müxtəlif mürəbbələrlə, meyvə quruları ilə verilir. Burada ən çox istifadə olunan zeytun, əncir, qarpız və qoz mürəbbələridir.

Ömər Xaşram, “Əl-Cəzirə”, Azərbaycanın cənubu, Lənkəran.

 

(Ərəb dilindən tərcümə - WM)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az