23.05.2017 07:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Qeyri-müəyyənlik dövründə birinci xanımlar təqlid üçün nümunə ola bilərlər

 
 



JEWISH JOURNAL, ABŞ
11.01.2017


Müəllif: Dürdanə Ağayeva

Mən bir xanım olaraq qadınları, ana kimi isə qızımı qoruyuram. Buna görə mən hər zaman bu işdə nümunə ola biləcək insanları axtarıram. Bununla mən özümə və başqalarına xeyirxahlığın nə olduğunu xatırladıram.

Qadın liderlər Azərbaycan cəmiyyətinin güclü və vacib, eyni zamanda ayrılmaz hissəsidir. Azərbaycanlı qadınlar çətin zamanlarda liderlik edə, müsbət nümunə ola bilər. Mən bu haqda məqalələrimdə konkret nümunələr göstərmişəm. Həmin məqalələrdə azərbaycanlı qadınların liderliyə necə çatdığını yazmışam. Mən əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1919-cu ildə verildiyini düşünür və gülümsəyirəm. Bu məsələdə Azərbaycan müsəlman aləminin pioneri olub. Üstəlik bu, ABŞ-da qadınlara səsvermə hüququnun verilməsindən 1 il əvvəl baş verib.

Azərbaycan hökuməti üçün mədəniyyət və cəmiyyət hər zaman milli siyasətin vacib hissəsini təşkil edib. Bəlkə də bunun əsas səbəbi Azərbaycan xalqının qeyri-tolerantlığa, zorakılığa qarşı olmasıdır. Aydındır ki, tolerantlıq dəyərlərinin qəbul edilməsi sülhün yaranmasına yol açır. Bu, hər zaman ən yaxşı və güclü seçim olub.

Hazırda Azərbaycan cəmiyyətinin rifahı ölkə liderlərinin mədəniyyətə və milli birliyinin yaradılmasına dəstək verməsi və diqqət ayırması ilə bağlıdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu nailiyyətlərin əldə olunmasında vacib şəxsdir. O, 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Bu Fond Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusunun şərəfinə adlandırılıb. Bu qeyri-kommersiya təşkilatı Azərbaycanın iqtisadi, mədəni və sosial sahədə inkişafı üzərində çalışır. Uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması onun əsas işlərindən biridir.

Xatırladaq ki, son 8 ildə ABŞ-ın birinci ledisi olmuş və indi, bu vəzifəni tərk etməyə hazırlaşan Mişel Obama da bu sahədə uğurlar qazanıb. ABŞ prezidenti Barak Obama bütün çətinliklərə rəğmən, xanımının uşaqların sağlamlığının təmini ilə bağlı istəyini dəstəkləyib. B.Obama bütün yaş qruplarına aid uşaqları bədən tərbiyəsi məşğələlərinə ruhlandırmaq, onların sağlam qidalanmasını təmin etmək üçün proqramlar qəbul edib.

Xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu isə yeni məktəblər, bağçalar, xəstəxanalar, klinikalar və muzeylərin tikintisinə, bərpasına maliyyə ayırır. Azərbaycanın birinci xanımı eyni zamanda qadınlarla bağlı təşəbbüslər üzərində də çalışır. Buraya uşaqların ana südü ilə qidalandırılmasında qadınlara yardım proqramı və fiziki qüsurlu uşaqlar üçün yay düşərgələrinin təşkili də daxildir.

Xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, Fondun Azərbaycan hüdudlarından kənarda da fəaliyyətini genişləndirib. Təhsil sahəsi onun bu fəaliyyətinin ən vacib istiqamətlərindəndir. Heydər Əliyev Fondu Gürcüstan, Misir, Rumıniya, Rusiya, Hollandiya və Pakistanda məktəblər inşa və bərpa etdirib. Pakistandakı qızlar məktəbi zəlzələdən sonra ciddi zərər görmüşdü və Fond onun bütövlükdə bərpasına maliyyə yardımı ayırıb.

Sağlamlıq, təhsil, gənc qadınların rifahının yaxşılaşdırılması işi Azərbaycanda yenilik deyil. Hələ 1901-ci ildə Bakıda Rusiya İmperiyasında ilk dəfə olaraq qızlar üçün dünyəvi məktəb yaradılmışdı. Həmin vaxt Azərbaycan Rusiya İmperiyasının tərkibində idi. Bunun ardınca oğlanlar və qızların birgə təhsil aldığı ilk dünyəvi məktəbin də əsası qoyulmuşdu.

Heydər Əliyev Fondu bu öhdəliyini şəraitdən, xalqların, icmaların hansı fəlakətlə üzləşməsindən asılı olmayaraq yerinə yetirir. O, görmə qabiliyyəti zədələnmiş uşaqlar üçün Sarayevoda yerləşən, Balkan müharibəsi zamanı dağıdılmış mərkəzin bərpasına da yardım göstərib.

Xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanda qədim tarixə malik konfessiyalararası dialoqun, multikulturalizm dəyərlərinin inkişaf etdirilməsidir. Fondun bu sahədə əldə etdiyi nailiyyətlərə “Xabad or-Avner” yəhudi məktəbinin tikintisini, Vatikandakı katakombaların, o cümlədən Azərbaycan, Bolqarıstan, Fransa, Rusiya və başqa ölkələrdə bir çox kilsələrin bərpasını misal göstərmək olar. Bundan başqa, Heydər Əliyev Fondunun yardımı ilə Azərbaycanda bir çox qədim məscid də orijinalda olduğu kimi bərpa edilib.

Fond təbii fəlakətdən əziyyət çəkmiş ölkələrə də kömək edib. Məsələn, zəlzələnin baş verdiyi Haitiyə, yaxud dağıdıcı daşqınların olduğu Rumıniyaya maliyyə yardımı göstərilib.

Qızların, qadınların nümunə götürəcəyi müsbət və güclü qadın modelinin necə böyük əhəmiyyətə malik olduğu haqda çox danışmaq, nümunələr göstərmək olar. Lakin belə qadın liderlər haqda insanı həyəcanlandıracaq əsas məsələ, onların humanizm nümayiş etdirərək, xidmət etdikləri insanlarla əlaqə yaratmasıdır. Hesab edirəm ki, həri iki birinci xanım – Mehriban Əliyeva və Mişel Obama bir çox insanları öz şəxsi keyfiyyətlərilə heyran ediblər. Buraya onların siyasətdən kənar fəaliyyəti, yardımı və s. daxildir. Bu, onların xarakteridir.

Mən Mişel Obamanı 8 il ərzindəki fəaliyyətinə, fikrini uşaqların ehtiyaclarının təmininə cəmlədiyinə və bütün dünyada uşaqların ehtiyaclarının təmin olunması sahəsindəki uğurlu səylərinə görə təbrik edirəm. Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə fəxr edirəm. İnsanlar üçün nümunə olan Mehriban Əliyeva ailənin, təhsilin, tolerantlığın və mərhəmətin necə vacib olduğunu bütün dünyaya nümayiş etdirir.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az