23.03.2017 02:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakının ən prestijli ticarət mərkəzlərində ucuz alış-veriş
 
21.03.2017
Akharinkhabar, İran
 

  Azərbaycanda Novruz təntənəsi
 
20.03.2017
HABERLER.COM, Türkiyə
 

  Ermənistan-Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir
 
18.03.2017
Libération, Fransa
 

  Bakının görməli və turistik məkanları - FOTOREPORTAJ
 
18.03.2017
Niksalehi.com, İran
 

  Rusiya çətin Qarabağ probleminə necə son qoya bilər?
 
17.03.2017
LE HUFFINGTON POST, Fransa
 

 
 
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunub

 
 



IRNA, İran
11.01.2017


IRNA agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin iclasındakı çıxışında ölkəsinin 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini xatırladaraq, bunu olduqca əhəmiyyətli hadisə adlandırıb.

Azərbaycanın daim İslam dünyasının həmrəyliyi və birliyi üçün çalışdığını deyən Əliyevin sözlərinə görə, ölkəsinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də dini dəyərlərə sadiqliyin göstəricisidir.

“Biz İslam birliyi üçün səylər göstəririk” deyən prezident fikrini belə davam etdirib: “Bizim aramızda nifaq yaratmaqda maraqlı olanlar öz məqsədlərinə nail olmamalıdırlar”.

Əliyev həmçinin bildirib ki, Azərbaycan müsəlman aləmində böyük hörmətə və mövqeyə malikdir. O, bütün bunları nəzərə alaraq, 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək. Yarışa 50 ölkədən 20 idman növü üzrə 4 minədək idmançı qatılacaq.

(Fars dilindən tərcümə - WM)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az