23.03.2017 02:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakının ən prestijli ticarət mərkəzlərində ucuz alış-veriş
 
21.03.2017
Akharinkhabar, İran
 

  Azərbaycanda Novruz təntənəsi
 
20.03.2017
HABERLER.COM, Türkiyə
 

  Ermənistan-Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir
 
18.03.2017
Libération, Fransa
 

  Bakının görməli və turistik məkanları - FOTOREPORTAJ
 
18.03.2017
Niksalehi.com, İran
 

  Rusiya çətin Qarabağ probleminə necə son qoya bilər?
 
17.03.2017
LE HUFFINGTON POST, Fransa
 

 
 
Azərbaycan 2017-ci ildə turistlərin üstünlük verəcəyi ölkələr siyahısında

 
 



Le Caucase, Fransa
12.01.2017


Böyük Britaniyanın “The Sunday Times” nəşri Azərbaycanı 2017-ci ilin əsas turizm istiqamətləri siyahısına daxil edib.

Beləliklə, Azərbaycanın yeni turizm istiqamətinə çevrilmək cəhdləri bəhrəsini verməkdədir. Məsələ ondadır ki, o, çoxsaylı beynəlxalq tədbirlər və idman yarışları, o cümlədən Formula 1 üzrə Avropa Qran Prisini təşkil etməklə dünya dövlətlərindən, xüsusilə Avropadan turistlərin sayını artırmaq üçün təbliğat aparırdı.

Böyük Britaniyanın məşhur “The Sunday Times” həftəliyində bu yaxınlarda işıq üzü görmüş məqalə bu işi daha da sürətləndirə bilər. Nəşr 2017-ci il üçün turistlərə təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirib. “Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyinə əsaslanır. Turistlər arasında bu ölkəyə maraq getdikcə artır”, - deyə məqalədə bildirilir.

2017-ci ildəki tendensiya 2016-cı ilin sonuna olan vəziyyəti təsdiqləməlidir. Məqalədə bildirilir ki, Azərbaycan ötən ilin dekabrında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olub. Proses yaxşı gedir və bunun gələcək illərdə də davam edəcəyi gözlənilir.

Ötən il neftin qiymətinin kəskin ucuzlaşmasından sonra ticarət dövriyyəsinin zəifləməsi fonunda yeni biznes mənbələri tapmaq istəyən Azərbaycan hökumətinin əsas məqsədi ölkəni dünya turistlərinin üzünə açmaq idi. “The Sunday Times” tərəfindən 2017-ci il üçün əsas turizm istiqamətləri kimi müəyyənləşdirilmiş Kanada, Braziliya, Peru, hətta Portuqaliya kimi ölkələrin siyahısına düşməklə, Azərbaycan tarixi dönüşə nail olub.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: Le Caucase

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az