23.05.2017 07:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Azərbaycan hərbi qüdrətini artırır

 
 



Nezavisimaya qazeta, Rusiya
12.01.2017


Müəllif: Söhbət Məmmədov

Azərbaycan hərbi potensialını gücləndirmək üçün əlavə tədbirlər görməkdədir. Bu il ölkənin hərbi xərcləri artırılacaq. Bunu prezident İlham Əliyev bəyan edib. Dövlət başçısı xatırladıb ki, ölkə müharibə vəziyyətindədir. Onun sözlərinə görə, böhrana, neft qiymətlərinin düşməsinə baxmayaraq, ordu ən müasir silah və texnikalarla təhciz edilir.

Dünyada hökm sürən iqtisadi böhran Azərbaycandan da yan keçməyib, lakin Bakı buna rəğmən, hərbi qüdrətini artırmaqdan imtina etmək niyyətində deyil. Bu il büdcənin müdafiə və milli təhlükəsizlik xərcləri 2016-cı illə müqayisədə 187 milyon manat və ya 6,9% artırılaraq 2,9 milyard manata çatdırılıb. Bu, təxminən 1,8 milyard dollar edir.

Maliyyə Nazirliyindən NQ-yə verilən məlumata görə, bu məbləğin təxminən 1 milyard 270 milyon manatı müdafiə xərclərinə, 111 milyon 929 min manatı milli təhlükəsizliyin təmin olunmasına, 2 milyon 642 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara, 1 milyard 257 milyon 616 min manatı isə digər kateqoriyadan olan xərclərə yönəldiləcək.

Vəsaitin əhəmiyyətli hissəsi yeni növ silah və hərbi texnikanın alınmasına gedir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantısında bəyan edib.

“Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından” - deyən prezident bildirib ki, ölkənin yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan ən müasir silahları var: “Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.

Qeyd etmək lazımdır ki, Azərbaycanın hərbi xərclərinin artırılması İlham Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb. O vaxtdan Bakı ildən-ilə müasir hərbi texnika və silahların alınmasını artırır. Nüfuzlu hərbi nəşrlərin statistik məlumatlarına görə, 2003-2007-ci və 2008-2012-ci illərdə Şərqi Avropa ölkələrinin hərbi təyinatlı mal idxalı 21% artıb. Bu, əsasən Azərbaycanın hesabına baş verib. Azərbaycan bölgənin yeganə ölkəsidir ki, həmin dövrdə hərbi idxalı 155% artırıb və dünya idxalçıları siyahısında 48-ci yerdən 35-ci yerə qalxıb. Bakının hərbi silah, uçan aparatlar və reaktiv qurğular aldığı ölkələrin ilk beşliyinə Rusiya, İsrail, Pakistan, Ukrayna və Türkiyə daxildir.

Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri zamanı bəyan edilib ki, Bakı İsraildən 5 milyard dollarlıq silah alıb. Rusiya ilə həyata keçirilmiş hərbi sövdələşmələr də elə bu qədər təşkil edir.

Bu arada, Azərbaycanla İsrail arasında əldə olunmuş ən son razılaşmalardan biri Bakının İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemi alması haqdadır. Söhbət İsrailin “Rafael” şirkətinin istahsal etdiyi və 4-70 kilometr məsafəni vura bilən idarəolunmayan taktiki raketlərdən müdafiə sistemindən gedir.

Bununla yanaşı, bir neçə il əvvəl yaradılmış Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də Silahlı qüvvələri müasir silahlarla təmin edir. Bu yaxınlarda nazir Yavər Camalov jurnalistlərə bildirib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, “Zərbə” pilotsuz uçan kamikadze aparatları və kəşfiyyat-müşahidə təyinatlı PUA-lar uğurla sınaqdan keçirilib. Bu aparatlar qısa zaman ərzində nazirliyin müəssisələrində istehsal edilib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, bu yaxınlarda PUA-ların kütləvi istehsalına başlanacaq.

Rəsmi Bakının ölkənin müdafiə qabiliyyətinə bu qədər vəsait ayırması və milli ordunun gücünü artırması Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Yerli ekspertlərin fikrincə, problem həllini tapmayana qədər, Azərbaycan hərbi qüdrətini artırmaqda davam edəcək və əgər danışıqlar nəticə verməzsə, Bakı işğal olunmuş torpaqlarını hərbi yolla azad etmək hüququnu özündə saxlayır.

(Rus dilindən tərcümə - WM)

Mənbə: Nezavisimaya qazeta


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az