23.04.2017 15:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İşıqların rəqs etdiyi şəhər - FOTOREPORTAJ
 
21.04.2017
Hürriyet, Türkiyə
 

  İslam Həmrəyliyi Oyunları: Bakı yarışında 57 ölkə iştirak edəcək
 
21.04.2017
L’Expression, Əlcəzair
 

  Azərbaycanlı çobanın ifası interneti “partlatdı” - VİDEO
 
20.04.2017
DNI24.COM, Rusiya
 

  Naftalan vannası qəbul etmək, çimərlikdə dincəlməkçün Azərbaycana gedək
 
20.04.2017
Komsomolskaya pravda, Belarus
 

  Azərbaycanda nüvə əndişəsi
 
19.04.2017
The Washington Times, ABŞ
 

 
 
Rustamyan: “Gəlin təslim olaq, Azərbaycana istədiyini verək”

 
 



Lragir.am, Ermənistan
06.03.2017


Ermənistan parlamentinin Erməni İnqilabçı Federasyası (“Daşnaksutyun”) fraksiyasının rəhbəri Armen Rustamyan Erməni Milli Konqresinin (EMK) Azərbaycanla sülhə gedilməsinə dair təkliflərinə münasibət bildirib.

“Əslində, biz bu yanaşmaya qarşıyıq. Bu məsələni gündəmə gətirməzdən əvvəl özümüzə sual verməliyik ki, Ermənistan indiyədək özü bir dövlət olaraq nə edib? Sülh üçün nə edib, hansı obyektiv mövqe nümayiş etdirib? İndi, bu mövqe Azərbaycanla uzunmüddətli barışa aparıb çıxara bilərmi?”, - deyə deputat sual edib.

Rustamyan hesab edir ki, ötən illər ərzində Ermənistanın belə bir qayğısı olmayıb. Çünki indiyədək müharibənin alovlanması təhlükəsi yox idi. “Ölkədə seçki gərginliyi yaranan kimi, guya Azərbaycanla sülhə aparacaq hansısa qərar qəbul etmək fikrinə düşürük”, - deyə o, bildirib.

Rustamyan şəxsən özü düşünür ki, bölgəyə sülh gətirəcək yeganə yol Azərbaycanın tələblərinin nəzərə alınması, arzularının yerinə yetirilməsidir: “Azərbaycan əmindir ki, sülhə nail olmağın başqa yolu yoxdur. Amma bu, bir tərəfin istəyilə olmur. Onların istədikləri yalnız danışıqlar masası ətrafında reallaşa bilər. Bu isə mümkün olmur. Azərbaycan tərəfi heç bir güzəştə getmək istəmirsə, sülhə necə nail olacağıq? Yox, yekun həlli müharibə yolu ilə axtarsaq, yeganə yol təslim olmaqdır…”.

Rustamyan fikrini belə davam etdirib: “Deyək ki, Azərbaycan bizim təslim olmağımızı istəyir. Onda gəlin, onun arzusunu yerinə yetirək. Bu tezis həmin siyasi qüvvə (EMK) tərəfindən ilk dəfə irəli sürülmür. Vaxtilə ilk prezidentin kreslosunu təhvil vermək məcburiyyətində qalması da bunun nəticəsi idi. Çünki o, bu yolla gedirdi. Yəni biz sülh naminə ərazilərin geri verilməsinə razı olmalı idik. Bu formul o zamankı prezidentin ətrafı və xalq tərəfindən qəbul edilmədi. İndi, köhnə tezisləri yenidən gündəmə gətirir, yenidən ictimaiyyətə təqdim edirlər. Deyirlər ki, bu variant “Madrid prinsipləri” ilə eyni şeydir. Bəs əgər bunlar eyni şeydirsə, niyə Azərbaycan o zaman bununla razı olduğu halda, indi onu qəbul etmir? Demək, nəsə fərqlidir, prinsiplər eyni deyil. Prezident bəyan edir ki, əgər Azərbaycan Dağlıq Qarabağın müqəddəratını təyinetmə prinsipini tanıyarsa, problem danışıqlar yolu ilə həll oluna bilər. Erməni Milli Konqresinin mövqeyi isə başqalarının məmnun qalması üçündür. EMK məsələni onların xeyrinə həll etməyə çalışır”.

(Erməni dilindən tərcümə - WM)

Mənbə: Lragir.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az