20.10.2017 03:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Naxçıvandakı “Əshabi-Kəhf” mağaralarına turist marağı

 
 



Anadolu Ajansı, Türkiyə
10.03.2017


Müəllif: Bülent Mavzer

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın müxtəlif ölkələrindən gələn turistlər tərəfindən ilin hər fəslində ziyarət edilir.

Culfa şəhərində yerləşən bu ziyarətgahda dünyanın müxtəlif mədəniyyətlərinin izlərinə təsadüf olunur. Xüsusilə müsəlman ölkələrdən gələnlərin ziyarət etdiyi “Əshabı-Kəhf” mağaraları ilə başda Türkiyə və İran olmaqla, bir çox ölkədən gələn turistlər maraqlanır.

Şəhər mərkəzindən avtomobillə 1 saatlıq məsafədə yerləşən mağaralar Naxçıvanın dini turizm baxımından, ən böyük turizm mərkəzidir.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin müdiri Qaraş Qurbanov da bu mağaraların dini turizm baxımından əhəmiyyətli olduğunu bildirir. Kompleksin regionun ən dəyərli turizm sahələrindən olduğunu deyən Qurbanov fikrini belə davam etdirib: “Buraya bütün dünyadan ziyarətçilər gəlir. Qardaş Türkiyədən, Amerikadan, İngiltərədən, Fransa, Yaponiya, Malayziya və ərəb ölkələrindən – bütün dünyadan turistlərin gəldiyini deyə bilərik. Məsələn, Bakıda keçirilən hər hansı beynəlxalq toplantıya gəlmiş qonaqlar da buraya baş çəkir. Ulu öndərimiz Heydər Əliyev buranı dövlət müəssisəsi halına gətirib və bura Dini-Mədəni Kompleks kimi qeydiyyata alınıb”.

“Əshabi-Kəhf”i ziyarət etmək üçün Türkiyədən gəlmiş Çingiz Erdener deyib: “Çox gözəl və maraqlı bir yerdir. İnsana sanki dini qida verir. Buranı gəzərkən çox zövq aldım. Çox gözəl yaradıblar. Mənəvi dəyəri olduğu üçün xüsusilə əhəmiyyətlidir. Bir sözlə, insan buranı gəzərkən böyük zövq alır”.

Ziyarətə gələnlərdən Hülya Arslan da gördüklərindən məmnundur: “Bura mənə rahatlıq verdi. Dağlar, ziyarətgahın təbii quruluşu, insanların gözəlliyi rahatlıqvericidir. Türkiyəyə burada rahatlıq taparaq qayıdacağam. İnanılmaz bir gözəllikdir. Buranı ziyarət etdiyim üçün özümü çox yaxşı hiss edirəm. Açığı, çox həyacanlandım. Azərbaycan xalqına, Naxçıvan əhalisinə minnərdarlığımı bildirirəm. Bizi çox gözəl qarşıladılar”.

(Türk dilindən tərcümə - WM)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az