28.06.2017 07:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanla Fransa arasında siyasi müzakirələr
 
27.06.2017
Le Caucase, Fransa
 

  Müharibə hazırlığı: Rusiya ilə ABŞ Qarabağ problemini birdəfəlik həll etmək istəyir
 
26.06.2017
Lragir.am, Ermənistan
 

  Bakı: dünyaya açıq olmaq istəyən ölkənin güzgüsü
 
25.06.2017
Le Soleil online, Seneqal
 

  Azərbaycan kinosu Romada tamaşaçılarla görüşdü
 
24.06.2017
HABERLER.COM, Türkiyə
 

  Azərbaycan Qran Prisi: Tras və statistika
 
23.06.2017
F1NEWS.RU, Rusiya
 

 
 
Azərbaycanlılar Xocalı qətliamı ilə bağlı həqiqətləri çatdırmaq üçün nümayiş keçirir

 
 



JSSnews, İsrail
10.03.2017


Müəllif: Elen S

Martın 8-də 200 azərbaycanlı Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanın Fransaya rəsmi səfərinə etiraz etmək üçün Parisin “Trokadero”, başqa sözlə desək, “insan hüquqları meydanı”nda bir araya gəlib.

26 yaşı gənc azərbaycanlı Adela Noenaba Sarqsyanı hətta cinayətkar adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 26-a keçən gecə törədilmiş soyqırım aktında Ermənistan prezidenti fəal iştirak edib. Bu qətliamın qurbanları isə azərbaycanlılardır. Onlar hesab edir ki, artıq ədalətin bərqərar olmasının, Fransanın da azərbaycanlıların fundamental hüquqlarının tapdandığını tanımasının vaxtıdır.

Xocalı qətliamı “Human Rights Watch” təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən böyük qətliam kimi qiymətləndirilib. Bütün bunlar Ermənistanın dəhşətli qətliam törətdiyini təsdiqləyir. Lakin təəccüblüdür ki, beynəlxalq ictimaiyyət bu günədək bu qətliama lazımi qiymət verməyib.

Azərbaycan diasporu bu aksiya vasitəsilə Fransanı və beynəlxalq ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpasına nail olunması üçün Ermənistanın hərbi təcavüzünü tanımağa, pisləməyə səsləyib.

Qeyd edək ki, bu münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bakı ilə Yerevan arasında beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə nəzarət uğrunda mübarizə 20 ildən çoxdur davam edir.

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən biri, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel aksiyadakı çıxışında deyib: “Mən həqiqəti çatdırmaq üçün buradayam. Azərbaycan Ermənistanın törətdiyi Xocalı soyqırımının qurbanıdır və onun ərazisinin 20%-i bu ölkə tərəfindən işğal edilib. Mən sülh mesajı vermək istəyirəm. Münaqişənin Fransanın da böyük rol oynaya biləcəyi sülh yolu ilə həllinin tərəfdarıyam”.

Ermənistan ilə Azərbaycan arasında gərginlik səngimək bilmir. S.Sarqsyan isə Fransaya səfəri öncəsi verdiyi müsahibədə deyib: “Yeni müharibənin başlaması təhlükəsi hələ də qalmaqdadır və bu, Azərbaycanın münaqişənin hərbi yolla həllinin olmadığını anlamasınadək davam edəcək”.

Qeyd olunan faktları nəzərə alsaq, bu bəyanat sadəcə istehza doğurur.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: JSSnews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az