19.08.2017 15:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
“Eurovision-2017”: Azərbaycan sadəcə iştirak üçün qatılmır

 
 



20 minutes, Fransa
14.03.2017


Dihaj, onun mahnısı və Lizbet Salandersayağı üslubu Azərbaycana “Eurovision”da ikinci qələbəsini qazandıra bilər.

Artist: Diana Hacıyeva – Dihaj hələ ötən ilin payızında Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb. Onun yarışda ifa edəcəyi mahnı isə ictimaiyyətə yalnız bu ilin martında açıqlanıb.

Bu gənc müğənni təhsilini Azərbaycanın paytaxtı Bakı şəhərində alıb, daha sonra Londonda davam etdirib. O, “yeraltı səhnə”də (caz, rok, elektron musiqi) məhz burada parlayıb. 2014-ci ildə ifaçı Bakıda “Dihaj” qrupunu yaradıb. Qrupun əsərləri adətən elektron musiqi üzərində qurulur.

Qələbə şansı: Çox yüksəkdir. Bukmekerlərin yüksək reytinq verdiyi Dihaj özünün “Skeletons” mahnısı ilə Kiyevdə çox gözəl təsir bağışlaya bilər. Amma mahnının adında qrammatik səhv var (ingilis dilində “I’m a skeletons” (“Mən skeletəm”)) ki, bunun da ingilisdilli dinləyicilər tərəfindən mənfi qəbul edilməsi mümkündür...

Azərbaycan “Eurovision” müsabiqəsində: 2017-ci ildə Azərbaycanın bu müsabiqədə sayca 10-cu dəfə iştirak edəcək. 2011-ci ildə bu ölkə bütün proqnozları alt-üst edərək, müsabiqənin qalibi olmuşdu. Onun ən pis göstəricisi isə 2014-cü ildə qeydə alınıb – 22-ci yer.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: 20 minutes


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az