20.10.2017 03:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Azərbaycan özünü İpək Yolunun “5 ulduzlu” qovşağı kimi görür

 
 



l’Opinion, Fransa
15.03.2017


Müəllif: Klod Löblan

İçərişəhərin girişində yerləşən Muğam klubu əvvəllər karvansaray kimi fəaliyyət göstərib. Tacirlər məhsullarını müxtəlif istiqamətlərə göndərməmişdən əvvəl burada görüşər, mal mübadiləsi apararmışlar. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov öz qonaqları ilə hazırda restorana çevrilmiş bu simvolik məkanda görüşüb.

O, İpək Yolunun sadəcə, karvanların hərəkət etdiyi yol olmadığını xatırladır: bu yol malların daşınaraq müxtəlif istiqamətlərə paylandığı qovşaq rolunu da oynayırdı.

Qafqazın cənubunda, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın paytaxtı “Bir kəmər-Bir yol” strategiyası sayəsində canlanan Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə ticarətin inkişafında aparıcı rol oynamağı planlaşdırır.

“Karvanlar dövründə ticarət əsasən Səmərqənd, Bağdad, İstanbul kimi əhəmiyyətli şəhərlər üzərindən həyata keçirilirdi. Həmin şəhərlər o dövrün “5 ulduzlu” qovşaqları idi. Onlar nəinki keçid rolu oynayır, həm də tranzit yolu ilə daşınan mallara əlavə dəyər qoyurdu. Bəzi məhsulları daha da bəzəyərək onların qiymətini artırır, sonradan satmaq üçün həmin bölgədə saxlayırdılar. Bu gün bizi maraqlandıran da məhz budur və biz bunu xüsusi vurğulamaq istəyirik”, - deyə Taleh Ziyadov bildirib.

Bakının mərkəzindən 70 kilometr məsafədə yerləşən Ələt Limanı Azərbaycanın reallaşdırmaq istədiyi “5 ulduzlu” xabın ilk mərhələsidir. Limanının giriş qapısında Gürcüstan, Türkiyə, hətta Ukraynadan gəlmiş TIR-lar dayanıb. Bu, tranzit fəaliyyətinin artıq başlandığını göstərir. Bir qədər kənarda qatarları və gəmiləri görmək olur. 2017-ci ilin yayında qəbul edilməsi nəzərdə tutulan “Azad ticarət zonası haqqında” Qanun bu prosesin sürətlə inkişafına təkan verəcək.

Bakı Limanının baş direktoru deyir: “Biz bu layihəmizin həyata keçirilməsinə ideal şərait yaramaq üçün neft sahəsindəki təcrübəmizə arxalanırıq”.

Yeni qanun əlverişli coğrafi mövqedən yararlanmaq niyyətində olan xarici şirkətlərə vergi, inzibati sadələşdirmə, yaxud investisiyaların qorunması ilə bağlı təminat verəcək. Taleh Ziyadov deyir ki, buraya maraq göstərən investorların sayı artıq çoxalıb və bu təşəbbüsün uğurla həyata keçirilməsi ölkənin neftdən asılılığını azaltmağa imkan verəcək.

Regional şəbəkənin inkişafı

Əslində bu, hökumət üçün əsas prioritetlərdəndir. Hökumət regional dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi üçün fəal iş aparır. Yaxın aylarda başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bunun bariz nümunəsidir. Buraya, həmçinin maliyyələşdirilməsinə rəsmi Bakı tərəfindən 500 milyon dollar ayrılmış Astara-Rəşt (İran) dəmir yolu xəttini aid etmək olar. Həmin dəmir yolu Rusiya istiqamətində Şimal-Cənub dəhlizinə qoşulmalıdır.

Azərbaycanın Çinin “Bir kəmər-Bir yol” təşəbbüsü ilə yenidən formalaşdırılmağa çalışılan ticarət yolunun əsas iştirakçılarından birinə çevrilmək niyyəti özünü onun Asiya İnfrastruktur İnvestisiya Bankı qarşısındakı öhdəliyi və Pekin tərəfindən təşkil edilən Yeni İpək Yolu üzrə birinci forumda iştirakı ilə də bir daha göstərir.

Taleh Ziyadov sonda Azərbaycanın “5 ulduzlu” xaba çevrilmək niyyətini bir daha dilə gətirib.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: l’Opinion


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az