13.12.2017 16:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Azərbaycan prezidentindən Tehrana bayram hədiyyəsi

 
 



ISNA, İran
17.03.2017


Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı, Novruz bayramı ərəfəsində ölkə həbsxanalarında cəza çəkən məhbuslardan bir qisminin, o cümlədən 13 İran vətəndaşının əfv olunması ilə bağlı sərəncam imzalayıb.

ISNA agentliyinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamı ümumilikdə 423 məhbusa şamil olunub. Onlardan bir qrupu xarici ölkələrin vətəndaşları, o cümlədən 13-ü İran vətəndaşıdır.

Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunmuş İran vətəndaşları bunlardır: Əli Aftabi, Əziz Əsl, Əli Çənddel, Hüseyn Dəmirçili, Milad Kazımzadə, Şahin Məhəmmədi, Möhsün Muradi, Seyid Abbas Musəvi Cəfəri, Hakim Paşapur, Mirəli Əsgər Rəhməti Oskui, Sudmənd Səfəri, Əzim Səmədi və Bayram Zərpərəst.

İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti əfv olunmuş xarici vətəndaşların ölkələrinə ekstradisiya edilməsilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

(Fars dilindən tərcümə - WM)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az