19.08.2017 15:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Bakının görməli və turistik məkanları - FOTOREPORTAJ

 
 



Niksalehi.com, İran
18.03.2017


İranlıların yaxından tanıdığı, Təbrizlə qardaşlaşmış şəhər olan qonşu Azərbaycanın paytaxtı Bakıda görməli yerlər çoxdur. Bura Qafqazın ən çox əhali yaşayan şəhəridir. Bakıya səyahət rahat və təhlükəsiz olmaqla yanaşı, unudulmaz həzzlə də yadda qalır.

İçərişəhər

Bakının görməli məkanlarına ekskursiyalar azərbaycanlıların İşərişəhər adlandırdığı Qədim şəhərdən başlayır. Bura Bakının ən qədim hissəsidir. Uca divarlarla əhatə olunmuş bu məkanın tarixi XII əsrə gedib çıxır. İçərişəhərdə gəzinti əslində, tarixin dərinliklərinə qısa səyahətdir.

Bakı bulvarı

Bakı bulvarı şəhərin əsas prospektidir. Bulvar Xəzər dənizinin sahili boyunca uzanır. Burada kiçik və böyük kafelər, möhtəşəm fəvvarələr, yaşıllıq zonaları var. Bulvar axşam saatlarında Bakı sakinlərinin ən çox toplaşdığı məkandır.

Dəniz üzərindən gələn sərin külək ailələri, gənc cütlükləri və həvəskar musiqiçiləri buraya çəkir. Bununla da Bakının bu turistik məkanında xoş, səmimi atmosfer yaranır.

Qız qalası

İngiliscə “Girl tower” adlanan Qız qalası Bakı şəhərinin ən əhəmiyyətli, tarixi rəmzidir. 29 metr hündürlükdə olan qalanın damından Bakının mənzərəsinə, xüsusilə də İçərişəhərə və Bakı buxtasına tamaşa etmək, gözəl fotolar çəkmək mümkündür. Deyilənə görə, qalanın tarixi çox qədimdir. Onun hazırki konstruksiyası isə XII əsrə aiddir.

Şirvanşahlar sarayı

Şirvanşahlar Saray Kompleksi İçərişəhərdə yerləşir və Bakının görməli yerlərindən sayılır.

Orta əsrlərdə Azərbaycanı Şirvanşahlar sülaləsi idarə edib. Bu gözəl qəsr məhz onların hakimiyyət binası olub. Sarayın əsas həyətinə daxil olan zaman sol tərəfdə Divanxanaya açılan kiçik darvaza görünür. Divanxana səkkizbucaqlı günbəzi olan binadır. Məlumata görə, Şirvanşah birinci Xəlilullah öz divan gecəsini ilk dəfə burada təşkil edib.

Fəxri xiyaban

Bura Bakının istirahət parklarından və görməli yerlərindən biridir. Əslində isə söhbət bir şəhər qəbristanlığından gedir. Sadəcə bura əkilmiş ağaclarla, güllərlə, yaradılmış yaşıllıq zonası ilə parka çevrilib.

Heydər Əliyev Mərkəzi

Bu möhtəşəm konstruksiya Bakının ən müasir görməli məkanıdır. Dünyaca məşhur dizayner və memar Zaha Hadid tərəfindən layihələndirilmiş bu görkəmli memarlıq əsəri abstrakt formadadır. Binanın ağ və şəffaf rəngilə yanaşı, qeyri-adi dizaynı da bir çoxlarının sadəcə onun fasadına tamaşa etmək üçün buraya gəlməsinə səbəb olur.

(Fars dilindən tərcümə - WM)

Mənbə: Niksalehi.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az