19.08.2017 15:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Azərbaycanda Novruz təntənəsi

 
 



HABERLER.COM, Türkiyə
20.03.2017


Türk dünyasının ən mühüm bayramlarından olan, baharın müjdəçisi sayılan Novruz bayramı Azərbaycanda təntənə ilə qeyd olunur.

Paytaxt Bakıda, qədim İçərişəhərdəki Qız qalasının qarşısında keçirilmiş bayram tədbirində ölkənin prezidenti İlham Əliyev, birinci vitse-prezidenti Mehriban Əliyeva və dövlət rəsmiləri də iştirak ediblər. Tədbir rəmzi Dədə Qorqudun duası ilə başlayıb.

Tarixi geyimdə olan əsgərlər tərəfindən qarşılanan Əliyevə milli geyimli gənclər Novruza məxsus şirniyyatlar təqdim edib. Ənənəvi musiqi və rəqs nümayişlərindən sonra prezident İlham Əliyev Novruz tonqalını yandırıb.

Bayram tədbiri Xəzər dənizi sahilindəki parkda qurulmuş “Şərq bazarı”nda sənətçilərin çıxışı ilə davam edib. Novruz bayramının simvolları olan Kosa ilə Keçəlin yumurta döyüşdürməsinə və atmacalarına insanlar maraqla tamaşa edib. Əliyev də Kosa və Keçəllə yumurta döyüşdürüb.

Mərasimdə güləş, bilək güləşi və digər müxtəlif ənənəvi idman növləri də nümayiş olunub. El sənəti nümunələrinin, ənənəvi ev əşyaları və yeməklərin olduğu stendlərindən ibarət bazarı gəzən Bakı sakinlərı burada Kukla Teatrının aktyorlarının, müxtəlif musiqi qruplarının çıxışlarına da böyük maraqla tamaşa edib.

Azərbaycanda Novruz bayramı münasibəti ilə matrın 27-dək qeyri-iş günüdür.

Azərbaycanda Novruz ənənələri

Novruz mərasimlərinə bir ay əvvəl başlayan azərbaycanlılar su, od, yel və torpaq çərşənbəsi dedikləri günləri fərqli şəkildə qeyd edirlər. Bayramda böyük tonqallar qalanır. Qonşuların qapısına papaq atmaq, səməni yetişdirmək, od üstündən atılmaq, üzük falına baxmaq, yumurta boyamaq, xoruz döyüşdürmək Novruz bayramının adətlərindəndir.

(Türk dilindən tərcümə - WM)

Mənbə: HABERLER.COM


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az