13.12.2017 17:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlılar liderlərinin vəfatının ildönümünü qeyd edir
 
12.12.2017
The Peninsula, Qətər
 

  Alfred Nobelin Azərbaycanla əlaqəsi
 
12.12.2017
Əl-Cəzirə, Qətər
 

  Bakının görməli yerləri - FOTOREPORTAJ
 
12.12.2017
Karnaval.ir, İran
 

  İlham Əliyevdən Qüds bəyanatı
 
11.12.2017
A Haber, Türkiyə
 

  “Rusiya Azərbaycanı ələ almağa çalışacaq. Həssas olmalıyıq”
 
11.12.2017
168hours, Ermənistan
 

 
 
Əbu-Dabidə Azərbaycanla investisiya və ticarət mübadiləsi imkanları müzakirə ediləcək

 
 



Al-Bayan, BƏƏ
18.04.2017


İqtisadiyyat naziri mühəndis Sultan bin Səid əl-Mənsuri Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının biznes dairələrini əməkdaşlıq imkanlarını gücləndirməyə, qarşılıqlı investisiyaları artırmağa çağırıb. O, bu əməkdaşlığın inkişafı üçün hər iki tərəfin güclü iradəyə malik olduğunu söyləyib, iki dövlətin müvafiq qurumlarının bu əməkdaşlığa dəstək verəcəyini söyləyib.

“BƏƏ bu gün xarici investisiyalar, dünyanın böyük şirkətləri üçün strateji mehvər, xarici kapital üçün cazibəli nümunə hesab edilir. Həmçinin Azərbaycanda biznes mühiti BƏƏ-dən olan investorlar və biznesmenlər üçün müxtəlif imkanlar yaradır”, - deyə nazir qeyd edib.

Əlaqələr

Bunları nazir Birləşmiş Ərəb Əmirlikləri Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın aprelin 20-də Əbu-Dabidə keçiriləcək 6-cı iclası ərəfəsində söyləyib.

Komissiyanın işində hər iki ölkədən bir sıra rəsmilər, dövlət orqanlarının nümayəndələri, biznesmenlər və özəl sektor təmsilçiləri iştirak edir. Birgə İqtisadi Komissiya iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya mübadiləsinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin, xüsusilə sənaye, turizm, kənd təsərrüfatı, enerji, bərpa olunan enerji, ekologiya, təbii resurslar, su ehtiyatlarının idarə edilməsi, rabitə, ən yeni texnologiyalar, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, iki dost ölkənin biznes dairələri arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə yaradılıb.

Komissiya görüşün gündəliyinə daxil edilən bir sıra başqa məsələləri də müzakirə edir, əldə edilmiş razılaşmaların, 2014-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 5-ci iclasından bəri həyata keçirilmiş işlərin monitorinqini aparır.

Fürsət

Əl-Mənsuri hesab edir ki, Komissiyanın iclasları qarşıdakı dövrdə güclü iqtisadi əlaqələrin qurulması, iqtisadi əməkdaşlığın inkişafı mexanizmlərinin gücləndirilməsi, ticarət və investisiya mübadiləsi həcminin hər iki ölkə rəhbərliyinin ümidlərini döğruldacaq şəkildə artırılması üçün bir fürsətdir. Onun fikrincə, Birgə Komissiya həm də hər iki ölkənin mühüm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi zamanı qarşıya çıxa biləcək çağırışların araşdırılması, həll edilməsi üçün fəal platformadır. Nazir Komissiyanın ötən 5 ildə keçirilmiş 5 iclası sayəsində çox nailiyyətlər qazanıldığını söyləyib. Onun fikrincə, Əbu-Dabidə  keçiriləcək 6-cı iclasla bu iş uğurla davam etdiriləcək.

Əl-Mənsuri bildirib ki, iki ölkə arasında qeyri-neft sektorunda ticarət mübadiləsinin həcmi 2015-ci ilin sonuna doğru 605 milyon ABŞ dollarına çatsa da, bu, iki ölkənin əməkdaşlıq imkanlarını və potensialını tam əks etdirmir. Odur ki, bu göstəricinin artırılması məqsədilə yeni imkanların, perspektivli sahələrin üzə çıxarılması üçün birgə işləmək lazımdır.

Nazir ikitərəfli əlaqələrdə nəzərəçarpacaq inkişafın əldə edildiyini, lakin ölkələrin istəklərinin daha çox olduğunu söyləyib: “Biz bu qənaətdəyik ki, iki ölkə arasında ticarət mübadiləsinin və qarşılıqlı investisiyaların həcmi mövcud potensiala uyğun deyil. Hədəfimiz hər iki tərəfdə mövcud olan böyük potensialdan maksimum istifadə etmək üçün sazişlərin bağlanması, müştərək şirkətlərin təsis edilməsi, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsidir”.

Beləliklə, ikitərəfli ticarət göstəricilərini artırmaq, layihələri təşviq etmək, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələr yaratmaq yolu ilə daha çox investisiya cəlb etmək üçün Birgə İqtisadi Komissiya çərçivəsində daha çox iş görülməlidir.

Rol

İqtisadiyyat naziri iki ölkənin özəl sektorunun və biznes dairələrinin ticarət və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsindəki mühüm rolunu da vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin müxtəlif sahələrdə geniş investisiya imkanları var və bu, iqtisadi cəhətdən faydalı investisiya ortaqlığının yaradılmasına imkan verir. Nazir bu imkanın həm də davamlı inkişafla bağlı strateji planlara xidmət etdiyini deyib.

(Ərəb dilindən tərcümə - WM)

Mənbə: Al-Bayan


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az