19.02.2018 05:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

  Dağlıq Qarabağ: 26 il sonra Xocalı qətliamı ilə bağlı son dərəcə qəribə səssizlik
 
16.02.2018
Atlantico, Fransa
 

  Qarabağ münaqişəsi niyə hələ də həll olunmayıb?
 
15.02.2018
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək
 
15.02.2018
ANAJ, İran
 

 
 
“Əli və Nino”: Müharibə məhəbbətə qarşı

 
 



VISÃO, Portuqaliya
18.04.2017


Müəllif:Manuel Halpern

Film XX əsrin əvvəlində, Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizə apardığı dövrdə şəhzadə oğlan və qızın məhəbbət tarixçəsindən və müharibədən bəhs edir. Asif Kapadiyanın “Əli və Nino” filmi artıq kinoteatrlardadır.

Azərbaycanın müstəqillik uğrunda mübarizəsi haqqında hekayə olan “Əli və Nino” filmi Azərbaycanla Böyük Britaniyanın birgə istehsalıdır. Bu filmin ərsəyə gəlməsində israilli Adam Bakri, ipaniyalı Mariya Valverde, italiyalı Rikardo Skamarsio, danimarkalı Konni Nilsen, iranlı Homayan Ərşadi, türkiyəli Halit Ergenç və amerikalı Mandi Patinkin iştirak ediblər. Rejisor, Hindistan əsilli Asif Kapadiya isə İngiltərədəndir.

“Əli və Nino” XX əsrin əvvəllərindəki Azərbaycanın siyasi və maliyyə elitasının təsvir olunduğu, məhəbbət və müharibədən bəhs edən filmdir. Neftlə zəngin bu region ilk dünyəvi və demokratik müsəlman ölkəsinə çevrilməyi xəyal edir. Bütün bu tarixi hadisələr isə şəhzadə qızla oğlan arasındakı böyük məhəbbət hekayəsinin cəlbedici örtüyü altında çatdırılır. Neftə nəzarət edən böyük ailələrdən birinin övladı olan müsəlman şəhzadə Əli ilə pravoslav, maliyyə elitasına aid gürcü ailənin qızı, knyagina Nino arasındakı ehtiraslı məhəbbət filmin əsas ana xəttini təşkil edir.

“Romeo və Cülyetta”da olduğuna bənzər ailələrin yaratdığı maneləri (hətta dini düşüncədən doğan manelər) adlamaq daha asan olur. Amma onların məhəbbətinə qarşı sanki bütün dünya qanlı müharibəyə başlayır. Birinci Dünya müharibəsi gəlib Azərbaycan torpaqlarına çatmasa da, o, hərbi və maliyyə baxımından müharibədə iştirak edir. Ölkənin müstəqillik arzuları bolşeviklərin qəddar hücumu ilə başa çatır. Çünki Sovetlər Azərbaycan nefti olmadan inqilabın qələbə qazana bilməyəcəyini düşünürdü.

Qeyd edək ki, bu ölkə müstəqilliyinə bir də yalnız SSRİ-nin süqutundan sonra qovuşub.

Kinolent həyəcanlı bir filmə gərək olan bütün inqrediyentlərə malikdir. O, özündə müharibə və romantikanın bütün emosianallığını əks etdirir. Lakin qəhrəmanların “vesternləşdirilməsi”ndə bir qədər ifrata yol verilib və bu, onlara olan inamı azaldır. Aktyorlar da ifalarında tam inandırıcı ola bilməyib.

(Portuqal dilindən tərcümə - WM)

Mənbə: VISÃO


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az