23.05.2017 07:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Laçında 21 il müavinətlə yaşamış veteran ailəsilə birlikdə Ermənistana döndü

 
 



Hraparak, Ermənistan
18.04.2017


Müəllif: Takuhi Hakopyan

Redaksiyamıza müraciət edən vətəndaşların hekayələri erməni reallığına dair yeni faktlar ortaya qoyur. Məsələn, Virab Şaboyan Ararat vilayətində doğulub, vedilidir. 1991-1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib. Dediyinə görə, bu səbəbdən səhətilə bağlı problemləri də var. 21 il əvvəl, 1996-cı ildə ailəsilə birlikdə Laçında yaşamaq qərarına gəlib. “Mən Laçına, qan tökdüyüm bu toprağa oranı abadlaşdırmaq üçün getmişdim. 13 övladım var. 14-cü körpəmiz yaxın vaxtlarda doğulacaq. Ümid edirdim ki, Laçında mənə kömək edəcəklər. Amma orada mənə nəinki ev vermədilər, belə demək mümkünsə, qəbiristanlıq bəxş etdilər”, - deyə Şaboyan bildirir.

O, şikayət məktubunda daha sonra yazır: “O zaman “Dağlıq Qarabağın prezidenti” (dırnaq işarəsi bizə məxsusdur - WM) Arkadi Qukasyan idi. Mənə səhranın ortasında ev vermişdilər. Bu illər ərzində bizə heç bir diqqət göstərilməyib, bütün qapılar üzümüzə bağlı olub. Uşaqlar haradansa nəsə tapdıqda yeyir, tapmadıqda ac qalırdıq. Müavinət alırdım. Həyat yoldaşıma da ayda 54 min dram verirdilər. İş yerləri yox idi”.

Şaboyanın sözlərinə görə, o, məhz dolanışıq üzündən Ermənistana qayıdıb. İndi, o, ailəsilə birlikdə Yerevanın Nor Nork-2 massivində kirayə götürdüyü evdə qalır. Lakin burada da iş tapa bilmir. Virab deyir ki, Qarabağda yaşamaq üçün şərait olsaydı, Ermənistana dönmək haqda fikirləşməzdi. “Deyirlər guya Dağlıq Qarabada yaşamaq istəyənlər hər şəraitlə təmin edilir. Bu, ağ yalandır! Hər sözümün arxasındayam. Orada guya çoxuşaqlı ailələrə kömək etməli olan sosial müdafiə qurumuna da üzv olmuşdum. Lakin özümə və ailəmə qarşı ancaq qəddar münasibət, kobud rəftar gördüm. Qarabağda müharibə iştirakçısına, çoxuşaqlı ataya münasibət budursa, başqa sözə gərək varmı? Guya Laçına gedənlərə hər cür komək edilir. Desinlər görək nə köməklik göstərirlər? Mənə heyvan almaq üçün verilmiş 150 min dramı uşaqlarım üçün ərzağa xərcləməyə məcbur oldum. Guya heyvanı necə saxlayacaqdım? Səhrada adama bir çuval qızıl versələr belə, nə işə yarayar ki?”, - deyə müsahibimiz sual edir.

Bu da son deyil. Məlum olub ki, ABŞ-da yaşayan bir erməni internet vasitəsilə Virabın ailəsinin durumundan xəbər tutub və ona yardım göstərməyə hazır olduğunu bildirib. Sadəcə, bunun üçün torpaq sahəsinin ayrılmasını istəyib. Lakin Qarabağdan Ermənistana dönmüş bu ailəyə kömək etməli olan bəzi vəzifəlilər buna əhəmiyyət verməyib. Ailə Nor Nork rayonunun rəhbəri olan Armen Ulixanyana da müraciət etsə də, o, ailəyə torpaq ayırmaqdan boyun qaçırıb. Hökumətə şikayətə yollanmış Virab orada adını açıqlamayan bir rəsmi şəxs tərəfindən təhqir olunub.

Virabın ailəsilə yaşaması üçün yer və iş lazımdır.

(Erməni dilindən tərcümə - WM)

Mənbə: Hraparak


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az