23.05.2017 07:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  QDİƏT sammitində Azərbaycan-Ermənistan gərginliyi
 
22.05.2017
Milliyet, Türkiyə
 

  Azərbaycan: iqtisadi tərəfdaş, sülhpərvər dövlət
 
22.05.2017
HeraldNet, ABŞ
 

  Xüsusi reportaj: Həmrəylik oyunları
 
22.05.2017
Sobesednik.ru, Rusiya
 

  Bakıda bu yaz necə keçir?
 
19.05.2017
Rossiyskaya Qazeta, Rusiya
 

  Azərbaycan İrana investisiya yatırmağa hazırdır
 
19.05.2017
TAADOL NEWSPAPER, İran
 

 
 
Azərbaycanda nüvə əndişəsi

 
 



The Washington Times, ABŞ
19.04.2017


Müəllif: Lloyd Qrin

Qara dənizlə Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sarqsyanın hərbi ritorikası səbəbindən tezliklə nüvə partlayışlarının məkanına çevrilə bilər.

Ermənistan Azərbaycanın qərbində yerləşən torpaqlarına qeyri-qanuni olaraq iddia edir. Bu iddialar nəticəsində Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlar keçirib və 1992-ci ildə 600 azərbaycanlı kütləvi şəkildə qətlə yetirilib.

İndi isə Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır.

Ermənistan ötən ilin payızında Rusiyadan “İsgəndər” raket sistemi alıb. Bu, əslində Azərbaycana və NATO-nun müttəfiqi olan Türkiyəyə mesaj anlamına gələn böyük təxribat idi. Bu, eyni zamanda, Moskvanın öz raket komplekslərini Avrasiya və Yaxın Şərqdə yerləşdirmək, Qərbin maraqlarını təhdid etmək siyasinə əsaslanır.

Yaxın mənzilli “İsgəndər” ballistik raket sistemi 300 mil uzaqlıqdakı kiçik hədəfləri məhv etməyə imkan verir. Bu, o deməkdir ki, Ermənistanın şərqində quraşdırılmış bu raket sistemilə Azərbaycanın paytaxtı Bakı daxil olmaqla, bütün ölkə ərazisində hədəflər vurula bilər.

Bütün bunların fonunda “İsgəndər” raketlərini nüvə başlıqları ilə təchiz etmək imkanı da var və bu, xüsusi narahatlıq doğurur. Ümumiyyətlə, Cənubi Qafqazda ballistik raket sistemlərinin yerləşdirilməsinin özü region ölkələrinin yetərincə təhlükə altında olduğunu göstərir. Amma sanki Ermənistan prezidenti üçün bu da kifayət deyil. O, bu yaxınlarda Azərbaycanın işğal edilmiş ərazilərinə yollanaraq, ölkəsinin “müasir və güclü hücum qüvvəsi”nə malik olduğu ilə öyünüb. Sarqsyan Azərbaycandakı potensial hədəflərini müəyyən etdiklərini də söyləyib. O, Azərbaycandakı “infrastrukturun ən əhəmiyyətli hissələrinin” buraya aid olduğunu deyib. Sarqsyan bu qorxunc bəyanatında Ermənistan silahlı qüvvələrinin Ali Baş Komandanı kimi, bu hədəflərə zərbələrin endirilməsi haqda əmr verə biləcəyindən danışıb. “Lazım gələrsə, Ermənistanın Ali Baş Komandanı gözünü belə qırpmadan, “İsgəndər” raketlərindən zərbələrin endirilməsi haqda əmr verəcək”, - deyə o, qeyd edib.

Təhrikçilikdə yeni mərhələ olan bu bəyanat Bakıda və bütünlükdə regionda bir neçə cəhətdən narahatlıq yaradıb. Bəyanat Ermənistanın qonşuları ilə yanaşı, Vaşinqtonda da narahatlığa səbəb olub. Ceymstaun Fondu hətta Ermənistanda “İsgəndər” raket komplekslərinin yerləşdirilməsi kontekstində təhlükənin qiymətləndirilməsi üçün Kapitolidə panel müzakirələr təşkil edib. Orada vurğulanıb ki, Avropanın sabitliyinə təhdid olan bu silahlar ABŞ-ın müttəfiqlərini potensial risk altında qoyur, 1988-ci ildə imzalanmış müvafiq sazişin (orta və yaxın mənzilli raketlərin ləğvi haqqında saziş) tələblərini pozur.

Qeyd edək ki, Sarqsyanın təhrikedici ritorikası əslində separatçıların Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin “müstəqil respublika” olduğuna dair miflərini heçə endirir.

Bir sözlə, indi, Azərbaycanın işğal olunmuş bu regionu onun digər ərazilərinə tuşlanmış raketlər üçün məkana çevrilib.

Sarqsyanın bu raketlərdən siyasi silah kimi istifadə etdiyi aydındır. Yəqin ki, Ermənistan prezidenti bu bəyanatı ilə millətçi tərəfdarlarını Azərbaycana qarşı qaldırmağa, bununla da seçkilərdə fəallığı artırmağa çalışırdı. O, Ermənistanın daha kostruktiv liderlərinin, məsələn sabiq prezident Levon Ter-Petrosyanının ölkələr arasında gərginliyi azaldacaq planını da rədd edirdi.

Bu yerdə ortaya Rusiya haqda da sual çıxır. Ermənistan Rusiyadan “İsgəndər” raket sistemi almış yeganə ölkədir. Bəs niyə məhz Ermənistan? Bəlkə ona görə ki, “İsgəndər” raket sisteminin Azərbaycanda hədəfə ala biləcəyi ən vacib infrastrukturlar həm də Qərb şirkətlərinə, ABŞ şirkətlərinə məxsusdur? Axı bu hədəflər həm də həmin şirkətlərin idarə etdiyi layihələrlə bağlıdır. Məlum olduğu kimi, söhbət Avropanın enerji təhlükəsizliyini təmin edən layihələrdən gedir.

Bu arada Azərbaycan qazının Xəzər dənizindən başlayacaq, Gürcüstan və Türkiyədən keçəcək kəmərlə Avropaya nəqli də nəzərdə tutulub. Əgər hərbi münaqişə zamanı bu kəmərə zərər dəyərsə, Avropa enerji tələbatının ödənməsində tamamilə Rusiyadan asılı vəziyyətə düşəcək.

Digər mümkün variant: ola bilsin ki, Rusiya Kiçik Qafqaz regionunda sovet dövründə sahib olduğu nüfuzunu bərpa etmək istəyir. O, bunu Krımda göstərib, Ukraynanın şərqində isə göstərməyə şalışır. Bundan başqa, Rusiya ilə Ermənistanın hava məkanının birgə mühafizəsinə dair saziş imzaladıqları heç kəsə sirr deyil.

Beləliklə, yalnız Ermənistan prezidentinin belə, “İsgəndər” raket sistemindən istifadə edə biləcəyinə dair lovğalığı narahatlıq doğurur. Üstəlik son 6 ayda Sarqsyan admistrasiyasının yüksək rütbəli rəsmiləri də bu haqda onlarla bəyanat səsləndirib.

Ermənistanla müqayisədə Azərbaycanda əhalinin sayı ən azı 2 dəfə çoxdur. Azərbaycanın ümumdaxili məhsulu Ermənistan ÜDM-ni demək olar, 7 dəfə üstələyir. Ermənilərin öz liderlərinin ölkə iqtisadiyyatını necə məhv etdiyini izlədiyi bir vaxtda, Azərbaycan çiçəklənir. Ermənistan isə, Şimali Koreya kimi, ən yaxşı halda özünü hərbi sahədə nümayiş etdirə bilir.

Bir sözlə, Ermənistanın durmadan hücum silahlarından danışması, hərbi ritorikaya meyl etməsi Azərbaycan və bütün region üçün təhlükəli dövrün gəldiyini göstərir. İstər Azərbaycanda, istərsə də ABŞ-da yaşayan azərbaycanlılar isə Birləşmiş Ştatlara yaxşı dost, yaxın müttəfiq kimi etibar edir. Ümid edək ki bu, ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə də belə olacaq.

(İngilis dilindən tərcümə - WM)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az