23.04.2017 15:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İşıqların rəqs etdiyi şəhər - FOTOREPORTAJ
 
21.04.2017
Hürriyet, Türkiyə
 

  İslam Həmrəyliyi Oyunları: Bakı yarışında 57 ölkə iştirak edəcək
 
21.04.2017
L’Expression, Əlcəzair
 

  Naftalan vannası qəbul etmək, çimərlikdə dincəlməkçün Azərbaycana gedək
 
20.04.2017
Komsomolskaya pravda, Belarus
 

  Azərbaycanda nüvə əndişəsi
 
19.04.2017
The Washington Times, ABŞ
 

  Sərt tənqid olunan Bakı Çeyz Kerinin üzrxahlığını qəbul etdi
 
19.04.2017
Motosport, Fransa
 

 
 
Azərbaycanlı çobanın ifası interneti “partlatdı” - VİDEO

 
 



DNI24.COM, Rusiya
20.04.2017


İnternetin sayəsində adi insanlar belə, bir anda məşhurlaşa bilir. Azərbaycandan olan 27 yaşlı çoban Pərvin Səfərov kimi. Cavan oğlan təbiətin qoynunda milli mahnılar oxumağı xoşlasa da, özünün unikal vokal imkanlarını inkişaf etdirməyib.

Ekspertlər adi bir çobanın vokal imkanlarına heyran qalıblar. Onun bu istedadına fonoqrama ilə oxuyan bir çox şou-biznes ulduzları həsəd apara bilər.

Pərvin Səfərov heç yerdə ifaçılıq dərsi almadığını bildirib. Lakin o, gözəl musiqi duyumu olduğundan, istənilən kompozisiyanı cəmi bir dəfə eşitməklə oxuya bilir.

Musiqi həvəsi onda hələ məktəbdə oxuyarkən yaranıb. Lakin təsərrüfat qayğıları ona istedadını inkişaf etdirməyə imkan verməyib. İndi, cavan oğlanın səsini yalnız təbiətin qoynunda, sürüsünü otararkən eşitmək mümkündür. Səfərov bütün ömrünü kənddə yaşayıb. Lakin o, şəhərə gəlib peşəkarlardan ifaçılıq dərsləri alacağına ümidini itirmir.

 

(Rus dilindən tərcümə - WM)

Mənbə: DNI24.COM


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2017, WorldMedia.az