26.04.2018 01:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
İslam Həmrəyliyi Oyunları: Bakı yarışında 57 ölkə iştirak edəcək

 
 



L’Expression, Əlcəzair
21.04.2017


Mayın 12-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançıları iştirak edəcək. Bunu 2017-ci il İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi bəyan edib.

İHİF ilə Təşkilat Komitəsi Küveyt idmançılarının bu oyunlarda İHİF bayrağı altında, İslam Həmrəyliyi Oyunlarının müstəqil idmançıları kimi iştirak etməsilə bağlı razılıq da əldə edib. Bu, bütün iştirakçılarla razılaşdırılıb. Razılığa əsasən, Küveyt idmançıları və onların məşqçiləri İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF formalarını geyəcək. Həmin idmançılar tərəfindən qazanılacaq bütün medallar İHİF-nin bayrağı altında təqdim olunacaq.

Qeyd edək ki, Küveyt hökumətinin idmana müdaxiləsi üzündən Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu ölkəni beynəlxalq yarışlardan kənarlaşdırıb.

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 4 qitədən 5 mindən çox idmançının və rəsmi şəxsin iştirak edəcəyi gözlənilir. Atletlər idmanın 20 növü üzrə 270 medal uğrunda mübarizə aparacaq.

(Fransız dilindən tərcümə - WM)

Mənbə: L’Expression


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az