25.04.2018 18:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Üsyançılar Dağlıq Qarabağ yaxınlığında azərbaycanlı qadınla uşağı öldürüb

 
 



Reuters, Böyük Britaniya
06.07.2017


Müəllif: Nailə Bağırova, Amsik Mkrtçyan

Azərbaycanın Müdafiə Nazirliyi separatçı Dağlıq Qarabağa yaxın ərazidə Ermənistan tərəfindən dəstəklənən silahlıların azərbaycanlı qadın və uşağı öldürdüyü, bir nəfərisə yaraladığı haqda məlumat yayıb.

Azərbaycanın tərkibində olan, lakin etnik ermənilərin nəzarət etdiyi bu region uğrunda mübarizədə zaman-zaman silahlı qarşıdurmaların baş verməsi neft və qaz kəmərlərinin keçdiyi Cənubi Qafqazda genişmiqyaslı müharibənin başlaya biləcəyi haqda narahatlıq yaradır.

“İyulun 4-də erməni hərbi birləşmələrinin atəşi nəticəsində, 2 yaşlı qız daxil olmaqla, Alxanlı kəndinin 2 sakini öldürülüb, 1 nəfər isə yaralanıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin cavabı nəticəsində, qarşı tərəf də itkilər verib.

Dağlıq Qarabağ separatçılarının “müdafiə nazirliyi” isə atəşkəs razılaşmasını ilk olaraq Azərbaycan tərəfinin pozduğunu, bu zaman tank əleyhinə raketlərdən və digər ağır silahlardan istifadə olunduğunu açıqlayıb.

Bildirilir ki, hərbçilər arasında itki yoxdur və itki yalnız mülki əhali arasındadır. Bu haqda əlavə məlumat verilmir.

Xatırladaq ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında döyüşlər1991-ci ildə başlayıb. 1994-cü ildə tərəflər atəşkəs müqaviləsi imzalayıb. Lakin Azərbaycanla Ermənistan mütəmadi olaraq bir-birini Dağlıq Qarabağ ətrafı və Azərbaycan-Ermənistan sərhədi boyu hücumlarda ittiham edir.

Son 3 ildə atışmalar daha da çoxalıb. Ötən ilin aprelində döyüşlərin alovlanması nəticəsində 200 nəfər həyatını itirib.

Bu ilin mayından etibarən hər iki tərəf ağır artilleriyadan və tank əleyhinə silahlardan daha çox istifadə etməyə başlayıb. Verilən məlumata görə, təmas xətti boyu əhalinin sıx yaşadığı ərazilərə yaxın bölgələr idarə olunan raketlərdən və digər mərmilərdən atəşə tutulur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Reuters


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az