25.04.2018 18:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Ermənistanla Azərbaycan arasında gərginlik artır - VİDEO

 
 



TRT Avaz, Türkiyə
06.07.2017


Ermənistanla Azərbaycan arasında gərginlik artır. Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki dinc sakin həlak olub, bir nəfər ağır yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi dinc əhalinin hədəfə alınmasının Ermənistanın dövlət siyasəti olduğunu vurğulayıb. Məsələyə Türkiyə Xarici İşlər Nazirliyindən də sərt reaksiya gəlib.

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini hədəfə alması iki ölkə arasındakı gərginliyi artırıb. Füzuli rayonunun Alxanlı kəndi Ermənistan ordusu tərəfindən minaatanlardan atəşə tutulub. Mərmilərin bir evə düşməsi nəticəsində 50 yaşlı qadınla 2 yaşlı nəvəsi həlak olub. Həmin vaxt evdə olan daha bir nəfər ağır yaralanıb. Əməliyyat olunan yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi dinc əhalinin hədəfə alınmasının Ermənistan hakimiyyətinin şüurlu şəkildə həyata keçirdiyi siyasət olduğunu bəyan edib.

Məsələyə Türkiynin Xarici İşlər Nazirliyi də yazılı açıqlama ilə sərt reaksiya verib. Açıqlamada son hücumun Ermənistanın təmas xəttində həyata keçirdiyi təxribatların vətəndaşları, xüsusilə də qadın və uşaqları da hədəfə aldığını bütün çılpaqlığı ilə göstərdiyi vurğulanıb, hücüm qəti şəkildə pislənib.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT Avaz


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az