20.09.2017 02:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
Ermənistanın azərbaycanlı mülki əhaliyə hücumu

 
 



The Washington Times, ABŞ
08.07.2017


Müəllif: Aleksandr Murison

ABŞ-da Müstəqillik gününün şərəfinə bütün ölkə boyu fişənglərin atıldığı vaxtda Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal altında saxlayan erməni hərbçiləri onlarla mübarizə aparan qüvvələrə deyil, günahsız mülki əhaliyə qarşı partlayıcı maddələrdən istifadə edib.

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolay və bu qurumun vitse-prezidenti Riçard Çarnetksi bu hadisı ilə bağlı bəyanat yayıblar: “Mülki şəxslərin, qadınlar və uşaqların qətlə yetirilməsi tamamilə qəbuledilməzdir və buna dərhal son qoyulmalıdır! Bu ölüm halları Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin silahsız mülki şəxslərini minaatan və qumbaraatanlardan atəşə tutması nəticəsində baş verib”.

Erməni hərbçiləri Azərbaycanla işğal altındakı Dağlıq Qarabağ regionunu arasındakı təmas xəttində yaşayan mülki əhalini demək olar ki, hər gün minaatanlardan və snayperlərdən atəşə tutur. İlk baxışdan Ermənistanın tez-tez istifadə etdiyi bu təcavüzkar, təhrikedici taktikanın Azərbaycanı daha genişmiqyaslı müharibəyə cəlb etmək məqsədi güddüyünü düşünmək olardı. Lakin 4 iyulda baş vermiş hadisə Ermənistanın yeni hərbi doktrinanı yerinə yetirdiyinin göstəricidir. Yeni doktrinaya əsasən, Ermənistan hərbçiləri Azərbaycan Silahlı Qüvvələrini deyil, mülki əhalini hədəfə alır. Bu isə Azərbaycanın təcavüzkara eyni cavab verməsinə mane olur.

Görünür, ermənilər bu yeni doktrinanı 2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə”dən sonra qəbul edib. Aprel toqquşması Ermənistanın təhriki nəticəsində baş vermiş və təxminən son 20 ilin ən böyük döyüşləri olmuşdu. Həmin hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu müasir silahlardan, komanda-nəzarət sistemindən istifadə etmiş, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin daha hazırlıqlı, ermənilərdən daha peşəkar və təcrübəli olduğunu göstərmişdi. Həmin vaxt cavab həmləsi etmək məcburiyyətinə qalan Azərbaycan erməni hərbi birləşmələrini darmadağın etmiş, strateji yüksəklikləri, o cümlədən böyük əraziləri ermənilərdən boşaltmışdı. 

Son hadisəyə gəlincə, o, təmas xəttindən Azərbaycanın daxilinə doğru 3 millik məsafədə baş verib. Açıq və aydındır ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın hərbi məntqələrinə, tanklarına və ordusuna hücumdan boyun qaçırmaq yolunu seçib. Əvəzində, onlar Azərbaycanın Alıxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bombardman nəticəsində 2 yaşlı Zəhra Quliyeva həyatını itirib. O, ermənilərin mülki əhaliyə qarşı dəfələrlə hücumu zamanı həyatını itirmiş çoxsaylı uşaqlardan biridir.

Ermənistanın hücumu zamanı Zəhranın nənəsi – 50 yaşlı Sahibə Allahverdiyeva da dünyasını dəyişib. Bundan başqa, digər kənd sakinləri qəlpə və digər növ yaralarla xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlılar Ermənistan hərbi birləşmələrindən qorunmaq üçün evlərini və məktəblərini təpələrin arxasında tikir. Təmas xəttinə yaxın ərazidə yalnız Ermənistanın hərbi obyektləri yerləşir. Yəni orada mülki vətəndaşlar yoxdur.

Ermənistan mediasının məlumatına görə, guya həmin kənddə Azərbaycanın hərbi obyektləri yerləşir və oraya hücum bu səbəbdən edilib. Azərbaycan Müdafiə Nazirliyi və beynəlxalq müşahidəçilər isə Alıxanlı kəndində Azərbaycan ordusunun hərbi obyektlərinin olmadığını bildirir.

Bu bombardman ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra baş verib. Xatırladaq ki, onlar münaqşə tərəflərini münaqişə zonasında status-kvonu dəyişməyə, bunun üçün substantiv və ciddi danışıqlara başlamağa çağırıb. Bu qurumun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır. Bununla yanaşı, bu məsələdə faktiki olaraq, Rusiya daha üstün mövqeyə malikdir. Odur ki, baş verənlərin Rusiyanın “şousu” olduğu da istisna deyil. Hər halda, Rusiya ətraf regionları öz nüfuz, təsir dairəsi sayır.

Ermənistan prezidenti Serj Sarqsyan da bir neçə ay əvvəl ölkəsinin sərhəd təhlükəsizliyindən əlavə, hava təhlükəsizliyinə də Rusiyanın nəzarət edəcəyini, Ermənistandakı Rusiya hərbi birləşmələrinin oradan çıxarılmayacağını bəyan edib. O, xarici siyasətini də müstəqil həyata keçirməyəcək.

Ümumiyyətlə, Minsk qrupunun fəaliyyətindəki yumşalma sanki Rusiyanın maraqlarına xidmət edir. Bununla, Qərbin dostu olan Azərbaycan müharibə astanasında saxlanır. Bundan başqa, Azərbaycan bir neçə böyük enerji layihələrinin başa çatdırmağa yaxındır. Nəzərə alsaq ki, Moskva enerji sahəsində Avropa və Qərb bazarlarını “boğmağa” çalışır, bu enerji layihələri Rusiya ilə birbaşa rəqabət aparır. Azərbaycan Formula 1, “Eurovision” və birinci Avropa Oyunları kimi Qərbyönümlü, dünya miqyaslı tədbirlərə də uğurla ev sahibliyi edib.

Bütün bunları nəzərə alsaq, Donald Tramp Vaşinqtonun maraqlarına uyğun olaraq,  yaranmış geosiyasi və geostrateji maneləri aradan qaldırmaqla, o cümlədən Azərbaycanın ABŞ-ın həqiqi, sabit və etibarlı müttəfiqi olduğunu nəzərə alaraq, Bakıya diplomatik, hərbi və siyasi dəstək verməlidir.

Rusiyanın ABŞ-ın dostu olmadığı açıq-aydındır. Ermənistan Rusiya ilə İranın, Azərbaycan isə ABŞ, Qərb dövlətləri və İsrailin dəyişməz müttəfiqidir. Odur ki, ABŞ öz müttəfiqlərini dəstəkləmək üçün təşəbbüs göstərməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az