25.07.2017 10:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın qalibiyyət formulu: avtomobil yarışı, müsəlman bayramı və azadlıq
 
23.07.2017
CNSNews.com, ABŞ
 

  Rusiyanın Qarabağ münaqişəsilə bağlı ciddi mövqe sərgiləməsi üçün Bakıdan Moskvaya mesaj
 
21.07.2017
ANAJ, İran
 

  Azərbaycana səfər edən İran vətəndaşları 89% artıb
 
19.07.2017
ANAJ, İran
 

  Hasilat sənayesinin inkişaf etdiyi ölkədə ətraf mühitin qorunması üçün ekoloji təhsil: Azərbaycanın IDEA təşəbbüsü
 
18.07.2017
NATIONAL GEOGRAPHIC, ABŞ
 

  Lerik: əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu
 
17.07.2017
TNews.ir, İran
 

 
 
Dağlıq Qarabağ regionu üzərində yeni müharibə buludları toplaşır?

 
 



THE TIMES OF ISRAEL, İsrail
11.07.2017


Müəllif: Fuad Şahbazov

2017-ci il iyulun 4-də Azərbaycan və Ermənistan hərbi birləşmələrinin Dağlıq Qarabağ regionundakı təmas xəttində döyüşlər yenidən qızışıb. Verilən məlumata görə, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Füzuli rayonunda yerləşən Alxanlı kəndi istiqamətində ağır artilleriyadan atəş açması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi həyatını itirib. Onlar ötən həftənin çərşənbə axşamı gecə Alxanlı kəndindəki evlərinin mərmi ilə vurulması ilə öldürülüblər. Yerli medianın məlumatına görə, Dağlıq Qarabağ regionunda yerləşən Ermənistan hərbi birləşmələri 82 və 120 millimetrlik minaatanlardan və 73 millimetrlik dəzgahlı qumbaraatanlardan istifadə edib.

Qeyd edək ki, 2 yaşlı Zəhra Quliyeva Dağlıq Qarabağ münaqişəsində həyatını itirmiş ilk uşaq deyil. 2011-ci ildə 9 yaşlı Fariz Bədəlov erməni snayperinin atəşi nəticəsində dünyasını dəyişib. 2016-cı ildə isə Ermənistan istehsalı olan partlayıcı qurğu quraşdırılmış oyuncaq Ermənistan tərəfindən Tovuz çayına buraxılıb. Oyuncağı tapan Aygün Şahmalıyeva baş vermiş partlayış nəticəsində həyatını itirib.

Bu hadisələrin fonunda Azərbaycan Ermənistanı mülki əhalini hədəfə almaqda ittiham edir. İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib ki, “Alxanlı kəndində günahsız mülki vətəndaşların ölümü sülh prosesinə real zərbə vurur”.

Bu gözənilməz hadisələrin cəbhəyanı bölgədə baş verməsi və təmas xəttində yaşayan mülki azərbaycanlılara qarşı hərbi əməliyyatların keçirilməsi Azərbaycanla Ermənistan arasında yeni toqquşmaların baş verəcəyinə dair narahatlıq yaradır.

İnsan tələfatlarının ardından ATƏT-in Minsk qrupu hadisə ilə bağlı rəsmi bəyanat verib. Qurum atəşkəsin pozulmasından dərin narahatlığını bildirib: “Biz bu ciddi hadisəni təxribatçı hərəkət kimi qəbul edirik. Bu təxribatçı hərəkət sülh səylərini sarsıdır və o, gələcək danışıqların uğursuzluğa düçar olmasına gətirib çıxara bilər”.

Xatırladaq ki, Ermənistan beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ regionunu 1994-cü ildə işğal edib. 1990-cı illərin əvvələrində başlamış müharibə nəticəsində təxminən 30 min insan həyatını itirib. Tərəflər arasında indiyədək sülh müqaviləsi imzalanmayıb. BMT Təhlükəsizlik Şurası 1992 və 1993-cü illərdə Dağlıq Qarabağ müharibəsi haqda 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü tanınır. Bundan başqa, bu qətnamələrdə Ermənistanın bütün hərbi birləşmələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin Ermənistan bu qətnamələrin tələblərinə əməl etmir.

Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalayıb.

Bu çətin illər ərzində rəsmi Bakı daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışıb. Azərbaycan ATƏT-in Misnk qrupu, BMT, Avropa İttifaqı kimi təşkilatlara və Rusiya, Fransa və ABŞ kimi qlobal güclərə bel bağlayaraq, münaqişənin sülh yolu ilə həllinə səy göstərib. Lakin indiyədək gözəçarpan nəticə əldə olunmayıb. Digər tərəfdən, 2014-cü ilin avqustundan etibarən Ermənistanla Azərbaycan hərbi birləşmələrinin yerləşdiyi təmas xəttində gərginlik güclənməyə başlayıb. Ötən ilin aprelində baş vermiş döyüşlər nəticəsində azı 200 nəfər həyatını itirib. Nəticədə, hər iki cəmiyyətdə müharibə abu-havası güclənib. Həmin dövrdən etibarən, ATƏT-in Minsk qrupu tərəflər arasında görüşlər keçirməklə razılığın əldə olunmasına səy göstərib. Lakin bu səylər ümidləri doğrultmayıb. Bütün bunların fonunda rəsmi Bakı ikili standartlardan məyus olduğunu gizlətmir.

Əlbəttə, Azərbycan uzun müddətdir ki davam edən status-kvodan məyusdur. Bundan başqa, rəsmi Bakı hesab edir ki, əlavə təhlükəsizlik tədbirləri status-kvonu daha da möhkəmləndirəcək. Azərbaycan tərəfi bundan da narahatdır. Buna görə, rəsmi Bakı dərhal substantiv danışıqlara başlanılmasına təkid edir. Təcrübə göstərir ki, uzun müddət davam edən danışıqlar effektli deyil. Bundan başqa, təmas xəttində mülki əhalinin öldürülməsi halları günü-gündən artır. Alxanlı kəndində mülki əhaliyə qarşı törədilmiş son dəhşətli hücum bir sıra ölkələri də hiddətləndirib. Onlar Azərbaycanın ədalətli mövqeyinə həmrəylik nümayiş etdirib.

Kremlə bağlı rusiyalı ekspert Serqey Markov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi bölgəsində insanların öldürülməsini dayandırmaq üçün beynəlxalq birlik Ermənistana təzyiq göstərməlidir. Görünür, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kompromisə mane olan hazırkı status-kvo yalnız Ermənistanı qane edir.

Dağlıq Qarabağ münaqişəsində zorakılıq halları az olarsa, vəziyyət nəzarətdən çıxmaya bilər. Lakin daha çox ölümlə nəticələn hadisələr daha ağır silahlardan istifadə olunmasını istisna etmir. Görünən odur ki, Azərbaycanla Ermənistan hələ ciddi nəticələr əldə etməkdən uzaqdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE TIMES OF ISRAEL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az