25.07.2017 10:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın qalibiyyət formulu: avtomobil yarışı, müsəlman bayramı və azadlıq
 
23.07.2017
CNSNews.com, ABŞ
 

  Rusiyanın Qarabağ münaqişəsilə bağlı ciddi mövqe sərgiləməsi üçün Bakıdan Moskvaya mesaj
 
21.07.2017
ANAJ, İran
 

  Azərbaycana səfər edən İran vətəndaşları 89% artıb
 
19.07.2017
ANAJ, İran
 

  Hasilat sənayesinin inkişaf etdiyi ölkədə ətraf mühitin qorunması üçün ekoloji təhsil: Azərbaycanın IDEA təşəbbüsü
 
18.07.2017
NATIONAL GEOGRAPHIC, ABŞ
 

  Lerik: əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu
 
17.07.2017
TNews.ir, İran
 

 
 
Azərbaycan hüzünlü və qəzəblidir - FOTOREPORTAJ

 
 



Yeni Haber, Türkiyə
11.07.2017


Ermənistan ordusunun azərbaycanlı dinc sakinləri hədəfə alan, biri uşaq olmaqla, 2 vətəndaşın həlak olması ilə nəticələnmiş hücumdan sonra ölkədə qəzəb və hüzn yaşanır. Azərbaycan xalqı dünya ictimaiyyətinin yaşananlara reaksiya verməsini gözləyir.

Artıq Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər hücuma məruz qalmış Alxanlı kəndinə gedərək baş vermiş faciənin şahidi olublar. Hücumun baş verdiyi nöqtədə dəhşətin izləri qalır. Azərbaycan xalqı isə dünya ictimaiyyətindən hücuma reaksiya gözləyir.

Baş verənlərdən narahat olan Pənah Hüseynov deyir: “Bu hadisəyə heç bir beynəlxalq təşkilat reaksiya vermir. Bizim torpaqlarımızda gözü olanların dərsini vermək lazımdır. Dövlətimizin güclü ordusu və güclü prezidenti var. Biz çalışacağıq ki, körpə Zəhranın və nənəsinin qanı yerdə qalmasın”.

Kənd müəlliməsi Filgəh Əliyeva: “Mən bütün Azərbaycanın anaları adından müraciət edirəm. Zəhra kimi yüzlərlə körpələrimizi qurban vermişik. Biz heç kəsin torpağını istəmirik. Öz torpaqlarımızı da heç kəsə vermərik”.

Hücumlara baxmayaraq, Azərbaycan xalqı torpaqlarını əsla tərk etməyəcəyini deyir.

Ermənilərin kəndi 2 gecədə 10 dəfə minaatanlardan atəşə tutduğunu bildirən Məzahir Quliyev deyir: “Ayın 2-si və 4-də kəndə 10 dənə minaatan mərmisi düşüb. Ermənilər Azərbaycan torpaqlarından – Qarabağdan çıxmalıdır. Mənim torpağımdan çıxıb getsinlər. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əgər çıxmasalar, zorla çıxaracağıq”.

İntiqam Həziyev: “Günahsız bir mələyin həyatını itirməsi. İstər Avropada, istər Minsk qrupunda oturan hər kəs bilməlidir ki,  bu günahsız mələkdən onun da evində var, o ölən anadan onun da evində var, o dərdi çəkən bacıdan onun da evində var. Bunu bilə-bilə görməzlik edirlər. Əgər erməniləri bizim torpaqlarımızdan çıxara bilirlərsə çıxarsınlar, bilmirlərsə, bizim dövlətimiz də, güclü ordumuz da var”.

Xatırladaq ki, 4 iyul gecəsi Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Nəticədə 50 yaşlı Sahibə Guliyeva və onun 16 aylıq nəvəsi 5 metr aralıya düşmüş minaatan mərmisi üzündən həlak olublar.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Haber


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az