20.07.2018 18:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Fola” Bakıda “çat verdi”

 
 



L’essentiel, Lüksenburq
13.07.2017


Lüksemburq klubu çərşənbə günü Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Azərbaycanda minimal hesabla məğlub olub.

“Fola” Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Azərbaycanda Bakının “İnter” klubu ilə səfər qarşılaşmasında görüşün son dəqiqələrinədək heç-heçəni qoruyub saxlamağı bacarıb. Lakin sonda məğlubiyyətlə barışmalı olub.

Oyunun birinci hissəsi hər iki komanda üçün demək olar ki, bərabər səviyyədə keçib. Fasilədən sonra isə meydan sahibləri üstünlüyü getdikcə ələ alıb. “Fola” uzun müddət tablodakı rəqəmlərin dəyişməməsinə nail olub. Bir dəfə isə onu qoldan qapı dirəyi xilas edib.

Bununla belə, “İnter”in qətiyyəti son dəqiqələrdə özünü doğruldub və komanda Mirhüseyin Seyidvun 89-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.

Eşli futbolçular gələn həftə Lüksemburqda keçiriləcək cavab qarşılaşmasında hesabı öz xeyirlərinə çevirməlidirlər.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: L’essentiel


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az