20.10.2017 03:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Körpələrin qətli bəşəriyyət əleyhinə cinayətdir

 
 



RIVER FLASH, İtaliya
13.07.2017


Müəllif: Əli Zülfüqaroğlu

İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə Zəhra və nənəsi Sahibə Quliyeva erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

Bu, ilk belə hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycanın mülki əhalinin yaşadığı kəndlərini daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilir.

Çox təəssüf ki, dünya insanlığa qarşı cinayət olan bu faktlara göz yumur.

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan, lakin indiyədək heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupu da bu hadisə ilə bağlı sadəcə bəyanat verməklə kifayətlənib. Bu, təbii ki, Azərbaycanda hiddətlə qarşılanıb.

Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs elan olunub. Lakin bu dövrdə 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub – 14 uşaq öldürülüb, 19-u yaralanıb.

2 yaşlı Zəhranın qətli Azərbaycan xalqını növbəti dəfə sarsıdıb. Bu, sadəcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Belə faciələrin təkrarlanmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalı, məsələyə etinasız yanaşmamalıdır. Biz xüsusilə dünyada öz çəkisi və yeri olan İtalyan mediasından diqqət gözləyirik...

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RIVER FLASH


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az