25.07.2017 10:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın qalibiyyət formulu: avtomobil yarışı, müsəlman bayramı və azadlıq
 
23.07.2017
CNSNews.com, ABŞ
 

  Rusiyanın Qarabağ münaqişəsilə bağlı ciddi mövqe sərgiləməsi üçün Bakıdan Moskvaya mesaj
 
21.07.2017
ANAJ, İran
 

  Azərbaycana səfər edən İran vətəndaşları 89% artıb
 
19.07.2017
ANAJ, İran
 

  Hasilat sənayesinin inkişaf etdiyi ölkədə ətraf mühitin qorunması üçün ekoloji təhsil: Azərbaycanın IDEA təşəbbüsü
 
18.07.2017
NATIONAL GEOGRAPHIC, ABŞ
 

  Lerik: əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu
 
17.07.2017
TNews.ir, İran
 

 
 
Onların tək günahı türk olmaları idi! - FOTO

 
 



Yeni çağ, Türkiyə
14.07.2017


Ermənistanın Vaşinqtondakı səfirliyi və BMT-nin qarşısına toplaşan Azərbaycan türkləri iyulun 4-də Ermənistan ordusunun minaatanlardan atəş açaraq 1 qadın və 2 yaşlı körpəni qətlə yetirməsinə etirazlarını bildiriblər.

ABŞ-da yaşayan Azərbaycan türkləri Ermənistan ordusu tərəfindən qətlə yetirilmiş bu 2 Azərbaycan vətəndaşının xatirəsinə Vaşinqton və Nyu-Yorkda nümayiş keçirib. Paytaxt Vaşinqtonda əllərində Azərbaycan bayraqları tutan və Ermənistan əleyhinə şüarlar səsləndirən qrup Ermənistan ordusunun dinc sakinləri hədəf alan hücumuna sərt reaksiya göstərib. “Vətəndaşları öldürməkdən əl çəkin!”, “Ermənistana ar olsun!” şüarları səsləndirən türklər əllərində hücum zamanı həlak olmuş 2 yaşlı körpənin şəkillərini də tutub.

Onun tək günahı türk olması idi

Aksiyadan sonra mətbuat nümayəndələrinə açıqlama verən Bədir Məmmədli adlı azərbaycanlı deyib: “Qadın və uşaq erməni terrorunun qurbanı olub. Bu hücum 2 yaşlı Zəhranın ölümü ilə nəticələnib. Biz istərdik ki, bu faciəni bütün dünya görsün. Ancaq Zəhranın şəhid olmasına mətbuat çox az yer verir. Onun tək günahı türk olması idi”.

Körpə qatili Ermənistan

BMT-nin binası qarşısına toplaşan azərbaycanlılara Türkiyə vətəndaşları da qoşulub. Onlar sözügedən hücuma etiraz edərək, Ermənistan əleyhinə şüarlar səsləndiriblər.

Nümayişçilərin bəyanatda Ermənistan ordusunun 2 yaşlı Zəhra Quliyeva ilə 50 yaşlı nənəsi Sahibə Quliyevanı öldürdüyü, “dünya birliyinin günahsız uşağın öldürülməsinə göz yummamasının vacibliyi” bildirilir.

Nümayişçilər “Terrorçu Ermənistan!”, “Körpə qatili Ermənistan!”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “Hər şey Azərbaycan üçün!” şüarları səsləndirib.

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə 82 və 120 millimetrlik minaatanlardan atəş açıb. Nəticədə kənd sakini olan qadın və 2 yaşlı qız nəvəsi həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyi 50 yaşlı qadınla 2 yaşlı nəvəsinin Ermənistan ordusunun hücumu nəticəsində həlak olduğu kənddə Azərbaycan ordusuna aid heç bir hərbi birləşmənin olmadığının sübut edildiyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada deyili: “4 iyul saat 20:40 radələrində Azərbaycanın Füzuli rayonunda yerləşən Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulması və nəticədə kənd sakinlərindən 50 yaşlı 1 qadınla 2 yaşlı nəvəsinin həlak olmasını şiddətlə qınayırıq”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni çağ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az