25.07.2017 10:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın qalibiyyət formulu: avtomobil yarışı, müsəlman bayramı və azadlıq
 
23.07.2017
CNSNews.com, ABŞ
 

  Rusiyanın Qarabağ münaqişəsilə bağlı ciddi mövqe sərgiləməsi üçün Bakıdan Moskvaya mesaj
 
21.07.2017
ANAJ, İran
 

  Azərbaycana səfər edən İran vətəndaşları 89% artıb
 
19.07.2017
ANAJ, İran
 

  Hasilat sənayesinin inkişaf etdiyi ölkədə ətraf mühitin qorunması üçün ekoloji təhsil: Azərbaycanın IDEA təşəbbüsü
 
18.07.2017
NATIONAL GEOGRAPHIC, ABŞ
 

  Lerik: əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu
 
17.07.2017
TNews.ir, İran
 

 
 
Azərbaycan. Minlərlə rəngarəng şüşədən saray - VİDEO

 
 



Euronews, Aİ
17.07.2017


Müəllif: Avrora Velez

Azərbaycana xoş gəlmisiniz. İlk səyahətimizi özünün şəbəkə qapı və pəncərələri ilə məşhur olan Şəki Xan Sarayı ilə tanışlıqdan başlayırıq.

Qədimdə Şəki xanlarının iqamətgahı olmuş, indi isə dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinə aid edilən bu saray XVIII əsrdə inşa edilib. Rəngarəng şüşələrdən hazırlanmış şəbəkə pəncərələri sayəsində Xan Sarayı Qafqazın ən yaxşı saray memarlığı nümunəsi və müsəlman şərqinin incisi sayılır.

Avrora Velez, Euronews: 14 min kiçik taxta detaldan ibarət şəbəkəni xalq sənətkarları yapışqan və mismardan istifadə etmədən yaradıb. Səbr və filiqran texnikası tələb edən əsl zərgər işidir”.

Vaxtilə İpək Yolu Şəkidən keçib və azərbaycan tacirləri ədviyyat və ipəyi şəbəkələr üçün rəngli şüşələrlə dəyişiblər.

Tofiq Rəsulov: Bir kvadrat metr şəbəkənin yaradılmasına üçün altı ay vaxt tələb olunur. Bir millimetr səhv etsən heç nə alınmayacaq. Xan Sarayının bərpası zamanı biz maqqaşlarla işləmişik və bu proses 2 il vaxt aparıb.

Saray bir çox tanınmış alim və yazıcıları valeh edib. Şəkinin tarixi hissəsi ilə yanaşı Xan Sarayı da UNESCO-nun Dünya İrsi siyahısına daxil olunmağa namizəddir.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az