20.09.2017 02:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  ÇL-2019-un finalının “Vanda Metropolitano” stadionunda keçirilməyəcəyinin səbəbi
 
19.09.2017
AS, İspaniya
 

  Azərbaycan İsrailin “günbəz”i altında
 
19.09.2017
Pravda.ru, Rusiya
 

  İran səfiri: “Rəsmi Bakının siyasəti başqa ölkələrlə birgə layihələrin icrasına yönəlib”
 
19.09.2017
IRNA, İran
 

  Rusiya və NATO generallarının növbəti görüşü Azərbaycanda keçirilib
 
19.09.2017
CEIRI NEWSPAPER, Braziliya
 

  BP şirkəti Azərbaycanda nəhəng istismar müqaviləsinin müddətini uzadır
 
18.09.2017
Romandie, İsveçrə
 

 
 
Lerik: əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu

 
 



TNews.ir, İran
17.07.2017


Lerik – əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu: möhtəşəm ölkə olan Azərbaycan turistik məkanlarına, tarixi abidələrinə, gözəl və maraqlı mədəniyyətinə görə turistlər üçün ən yaxşı seçimdir. Gözəl və əsrarəngiz şəhər olan Bakıdan başqa, füsunkar təbiəti və ideal iqlimi, şən və qonaqpərvər insanları ilə seçilən Lerik rayonunun əhalisi yaş və uzunömürlülük baxımından bütün dünyada məşhurdur.

Əslində Lerik, dağların qoynunda yerləşən və unikal mənzərəyə sahib kiçik bir şəhərdir. Burada siz quşların və şəlalənin səsinin müşayiətilə saatlarla bənzərsiz şəlalələrə, çaylara tamaşa etmək istəyəcəksiniz. Bu sevimli şəhər İranın Astara-Ərdəbil şosesi üzərindəki “Heyran” dağ aşırımının şimalında yerləşir. Lerik, sərin və mülayim iqlimə sahib bölgədir. Hətta yay fəslində belə, havası sərindir. Yaşıl təbiətə malikdir. Odur ki, Azərbaycana ekskursiyaya gəlmiş bir çox turistlərin diqqətini özünə cəlb edir.

Lerik şəhərinin gözəllikəri

Bu gözəl şəhərin təbii gözəllikəri, o cümlədən şəlalələri, çayları, isti su mədənləri 30-dan çox müalicəvi xarakterə malikdir! Lerik meşələri olduqca saf, əverişli iqlimli olmaqla, orada qaban, dovşan, tülkü, ördək, qara xoruz kimi heyvanları, və əlbəttə ki, qoruq ərazisində pələng və vəhşi pişikləri müşahidə edə bilərsiniz. Sanki cənnətin bir parçası olan bu təbii gözəlliklərdən əlavə, şirin Azərbaycan dilində “Qız yurdu” adlanan Daş dövrünə aid mağara kimi tarixi abidələr və məkanlar dəniz səviyyəsindən 2430 metr yüksəklikdə yerləşir. Eləcə də Lerik rayonunun yüksək dağlıq ərazisində yerləşən Orand massivində qədim daş kitabələr, Qoç heykəli və s...

Lerik rayonunun populyar olmasının səbəbi

Lerik əhalisi 1 əsrdən çox yaşayan Azərbaycan rayonu kimi tanınır. Bu rayon son iki əsrdə ən uzunömürlü insanların yaşadığı bölgə rekordunu vurub. Lerikin ən uzunömürlü insanı Şirəli Müslümov olub. O 168 yaşında vəfat edib. Dünyanın ən yaşlı insanı olmasına baxmayaraq, yaxınları onun hətta həyatının son gününədək gərgin əmək fəaliyyəti ilə məşğul olduğunu və heç vaxt tütün məmulatları istifadə etmədiyini deyir. Meyvə-tərəvəz, çörək, qatıq, az yağlı penirlə qidalanan bu kişinin bir neçə xanımı olub. Sonda, o 167 yaşında sətəlcəm xəstəliyinə tutulub və 168 yaşında vəfat edib.

Azərbaycanın bu diyarında yaşlı insan çoxdur. Onların 1 əsrdən çox yaşamaqla yanaşı, hələ də gərgin əməklə məşğul olur. Bu sakinlərin ən yaşlısının hazırda 115 yaşı, 8 övladı, 80 nəvəsi, 60 nəticəsi və 8 kötücəsi var! Rayonda dünyanın 100 yaşlı insanları ilə bağlı muzey fəaliyyət göstərir!

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TNews.ir


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az