20.10.2017 03:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Rusiyanın Qarabağ münaqişəsilə bağlı ciddi mövqe sərgiləməsi üçün Bakıdan Moskvaya mesaj

 
 



ANAJ, İran
21.07.2017


İstanbulda keçirilən Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə yollanmış Azərbaycan prezidenti İlham Əliyev sammit çərçivəsində ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb.

İstanbulda keçirilən Dünya Neft Konqresi çərçivəsində ən mühüm hadisələrdən biri Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü olub. Görüşdə “Cənub Qaz Dəhlizi”, ABŞ-ın bu layihəyə qəti dəstəyi kimi vacib məsələlər müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İlham Əliyevə ard-arda iki məktub göndərib. Bu baxımdan, İstanbulda keçirilən Dünya Neft Konqresi çərçivəsində Tillersonun Azərbaycan prezidentilə görüşü xüsusi əhəmiyyət daşıyır.

Ümumiyyətlə, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə bu iki ölkə arasında nəzərəçarpacaq yaxınlaşma müşahidə olunur. ABŞ Azərbaycanla enerji, beynəlxalq terrorçuluqla mübarizə və regional təhlükəsizlik sahəsində əməkdaşlıq edir.

ABŞ-ın sabiq rəhbərlərindən fərqli olaraq, Donald Tramp Azərbaycanın daxili işlərinə qarışmır və bu ölkənin təşəbbüsü ilə həyata keçirilən layihələrə ciddi dəstək verir. Amerika prezidenti tərəfindən İlham Əliyevə göndərilən iki məktub da ABŞ-ın Azərbaycanla əlaqələrin genişləndirilməsinə, dərinləşdirilməsinə böyük diqqət göstərdiyini nümayiş etdirir.

Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm ölkə sayılır. Görünür, bu səbəbdən də, ABŞ bundan sonra Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verəcək.

İlham Əliyevin Reks Tillersonla görüşündə də müxtəlif aktual məsələlər, həmçinin iki ölkə arasında əlaqələr geniş müzakirə olunub. Söhbət enerji, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ABŞ-ın hərbi yüklərinin Əfqanıstana göndərilməsindəki rolu kimi məsələlərdən gedir. ABŞ-ın Azərbaycanda neft-qaz layihələrinin işlənilməsinə, ölkənin Avropa bazarlarına daxil olmasına dəstəyi böyük əhəmiyyətə malikdir. Çünki bir sıra ölkələr, o cümlədən Rusiya Azərbaycanın Avropanın neft-qaz bazarlarına daxil olmasına mane olmağa çalışır.

İstanbulda keçirilmiş sammit bu mənada da xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında Azərbaycanın enerji layihələrinə ABŞ-ın dəstəyinin davam etdirilməsi, eləcə də dövlətlər arasında sıx əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Beynəlxalq məsələlər üzrə ekspertlərin fikrincə, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişaf etdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da müsbət təsir göstərəcək.

ABŞ, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, bu sahədə vacib ölkə hesab edilir. Əlbəttə nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Rusiyanın geosiyasi mövqeyi bu həssas bölgəsində ABŞ-la rəqabətdə Moskvanın hələ də dominantlıq etməsinə imkan verir. Lakin nəzərdən qaçırmaq olmaz ki, ABŞ-ın dövlət katibinin Azərbaycan prezidenti ilə görüşməsi Kremlə bir mesaj da sayıla bilər: Azərbaycan Cənubi Qafqazda Rusiyanın əbədi tərəfdaşı olaraq qalmayacaq və əgər Rusiya Dağlıq Qarabağ böhranının həlli ilə bağlı konkret addımlar atmazsa, Azərbaycan Qafqazda öz siyasi-iqtisadi əlaqələrini genişləndirməkdə davam edəcək. Bu, əsla rəsmi Moskvanın maraqlarına xidmət etmir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az