20.10.2017 03:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Azərbaycanın qalibiyyət formulu: avtomobil yarışı, müsəlman bayramı və azadlıq

 
 



CNSNews.com, ABŞ
23.07.2017


Müəllif: Ceykob Kamaras

Avtomobil yarışının dini azadlıqla nə əlaqəsi var? Azərbaycanda bu əlaqəni görmək mümkündür.  

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişdiyi məkanda yerləşir. Azərbaycan bu yaxınlarda Formula 1 üzrə Qran Priyə ev sahibliyi edib. Qeyd edək ki, bu yarış artıq ikinci ildir ki, Azərbaycanda keçirilir.

Müsəlmanların müqəddəs Ramazan ayında Azərbaycanda Formula 1 üzrə 3 sərbəst yürüş və sıralama turu keçirilib. Formula 1 yarışının final mərhələsi Ramazan ayının son gününə, yəni Ramazan bayramına təsadüf edib.

Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsi rəsmən qadağandırsa, Azərbaycanda müsəlmanların müqəddəs bayramı günü Formula 1-in pilotları Bakı küçələrində saatda 240 milə çatan sürətlə şütüyürdülər.

İran İslam Respublikasında isə qadınların stadionlarda kişilərin iştirak etdiyi idman növlərinə baxması qadağandır. İranla həmsərhəd Azərbaycanda isə qadınlar müsəlmanların müqəddəs bayramı ərəfəsində böyük beynəlxalq idman tədbirində kişilərin iştirak etdiyi yarışa baxa bilir. Fərqi görürsünüzmü?

Bir sözlə, əhalisinin təxminən 92%-i müsəlman olan Azərbaycan əsil Qərb dövlətidir. Burada dini azlıqların hüquqları lazımı qədər müdafiə olunur və onlara hörmət edilir. Bundan əlavə, bu ölkədə avtomobil yarışlarında iştirak kimi dünyəvi azaqlıqlar təmin olunur. Hətta islamın ən müqəddəs günündə belə, insanlar Formula 1 yarışını izləyə bilir.

Bəs Azərbaycan niyə dini tolerant ölkədir və əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən fərqli olaraq, burada dünyəvi xarakterli tədbirlər necə keçirilir? Bu vəziyyət dinlə dövlətin bir-birindən düzgün ayrılması ilə başlayıb. Azərbaycan Konstitusiyasında ölkənin dünyəvi dövlət olduğu təsdiqlənir və bütün vətəndaşlara dini azadlıq verilir.

“Gallup International/WI Network of Market Research” Azərbaycanda keçirdiyi sorğunun nəticəsini 2015-ci ilin aprelində dərc edib. Azərbaycan sorğunun əhatə etdiyi 65 ölkə arasında ən dünyəvi dövlət elan edilib. Sorğuda iştirak etmiş azərbaycanlıların 54%-i özünü dindar hesab etmir, yaxud ateist olduğunu bildirir. İran və Səudiyyə Ərəbistan kimi teokratik və avtokratik müsəlman ölkələrində isə dindar olmayan, yaxud ateist olan insanlar bunu gizlətməyə məcburdur. Əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi, demokratik Azərbaycanda insanlar hökumətin təqiblərindən narahat olmadan nəinki inanclarında sərbəstdir, həm də onlar Ramazan bayramına hazırlıq görməyərək, böyük idman tədbirində iştirak edə bilir.

Azərbaycanda təşkil olunmuş son Formula 1 yarışının çox həyəcanlı keçəcəyi gözlənilirdi. Bu, özünü doğruldub. Daniel Rikkardo Azərbaycan Qran Prisinin qalibi olub. Yarışın digər iddialı pilotları – ümumi sıralamanın lideri Sebastyan Fettel və ikincisi Luis Hamilton – dramatik toqquşma ilə gündəmə gəliblər.

“Avtomobil təhlükəsizliyi və xaosu nəzərə aldıqda, bu yarış çox çılğın keçdi”, - deyə D.Rikkardo bildirib.

Yarışın kuliminasiya nöqtəsi isə Fetellə Hamiltonun toqquşması olub. Yarış zamanı Hamilton Fettelin qarşısına keçib və dayanıb. Nəticədə, Fettellə Hamiltonun avtomobillərinin toqquşması qaçılmaz olub. Çünki Fettel sürəti azaltmayıb. Kənardan elə görünüb ki, Fettel Hamiltonla bilərəkdən toqquşub. Nəticədə, Fettelə 10 saniyə cəza verilib. Lakin buna baxmayaraq, Fettel yarışı Hamiltondan bir sıra qabaq, yəni 4-cü bitirib.

Mən bu məqaləni yazarkən pilotların “söz müharibəsi” davam edirdi. Onların Bakıda təxminən bir neçə həftə əvvəl toqquşmalarına baxmayaraq, hələ də bundan danışır və pilotların fikirlərinə müxtəlif media orqanlarında yer verilirdi.

Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkələrdə beynəlxalaq idman yarışını əhatə edən bu cür həyəcanlı anları görmək mümkün deyil. Bakı treki paytaxtın mərkəzinin gözəl hissələrini nümayiş etdirmək üçün dizayn edilib. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Qran Prisinin açılış mərasimini və yarışı izləyiblər.

Belə detallar təkcə rəmzi deyil, həm də böyük əhəmiyyətə malikdir. Belə detallar əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda idmanın necə keçirildiyinin, Qərb mədəniyyətinin necə qəbul olunduğunun bariz nümunəsidir. Bütün bunlar Azərbaycanı repressiv müsəlman aləmində ümid oazisinə çevirir. Beynəlxalq ictimaiyyət Bakıda gələn il keçiriləcək Formula 1 yarışınadək bu yarışın əsil mənasını anlamağa çalışmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNSNews.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az