19.08.2017 15:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Emin Ağalarov: “Festivalımda Trampı, de Nironu, Cenifer Lopesi və digər yaxın tanışlarımı gözləyirəm” - FOTO

 
 



Komsomolskaya pravda, Rusiya
01.08.2017


Müəllif: Yelena Lapteva

Dörd gün davam edən “Jara” musiqi festivalı bu bazar başa çatıb. Festivala Alla Puqaçova və Soviya Rotarudan tutmuş, Qriqori Lepsə qədər Rusiyanın bütün əsas ulduzları qatılıblar. Festivalın əsasını qoyanlardan biri Emin Ağalarovdur. “Crocus Group”un birinci vitse-prezidenti özünün müğənnilik karyerası üzərində çox uğurla çalışır. İndi isə həm də Rusiya şou-biznesinin qaymaqlarını fesivalda qəbul edir. Festival başa çatdıqdan sonra kiçik Ağalarovla onun nəticələrindən danışdıq.

- Bu il siz elə artistləri toplamısınız ki, onları heç Moskvada bir araya gətirmək mümkün deyil – Alla, Sofiya, Vaxtanq Kikabidze (son gecənin qonağı)…

- Mən çox istəyirdim ki, festivalın sərhədi olmasın. İndi buraya postsovet Rusiya şou-biznesi toplaşıb. Azərbaycan tamamilə neytral, dünyəvi, müstəqil dövlətdir. Hələ 70-ci illərdə burada caz festivalı keçirilirdi. Nə üçün bu ölkədə irimiqyaslı musiqi tədbirlərinin təşkili ənənəsini bərpa etməyək? “Jara” dəbli və gənclik festivalı olmaqla yanaşı, ənənələrə rəğbətlə yanaşır.

- Bilirəm ki, siz yetərincə uğurlu iş adamısınız. Məncə, siz bu işə onun kapital tərəfini düşünmədən girişməzdiniz. Sizcə, festival öz xərclərini nə çıxaracaq?

- Mən qarşıya tezliklə xərcləri çıxarmaq kimi məqsəd qoymamışam. Nə prodakşna, nə artistlərin yerləşdirilməsinə, nə də yeməyinə pul əsirgəyirəm. Sanki onları Yeni ildə öz evində qonaq edirsən. Festival mənim özəl sahəm olan “Sea Breeze developer” layihəsinin ərazisində keçirilir. Nəzərə alsaq ki, mən burada böyük mehmanxana kompleksi və apartamentlər tikməyə hazırlaşıram, prinsipcə, bu festivalı mənim turist şəhərciyimin reklamı da saymaq olar. Üstəlik biz “Jara” telekanalını açmışıq və festivalın Birinci Kanalın efirində yayımlanması bir növ bizim musiqili telekanalın da təbliğatıdır. Bundan başqa, gələn il bir musiqi mükafatı təsis etməyi planlaşdırırıq – mən onu Rusiya Federasiyasının ən parlaq və vacib mükafatına çevirməyi düşürürəm. “Jara” bu işdə də böyük rol oynayacaq. Yəni bu, çoxtərəfli bir işdir. Baxmayaraq ki, festival gəlir gətirmir (və, yəqin ki, hələ çox illər gətirməyəcək), mən onu özümün paralel layihələrimə bir sərmayə hesab edirəm. Digər tərəfdən, məsrəflərə baxmayaraq, mənim üçün bütün artistləri buraya qonaq gətirmək çox xoşdur. Mən onları hər gün qonaq edirəm və bu əsl dostluqdur. Biz il ərzində etdiklərimizə “Jara”da yekun vururuq. 

- Bu il festivalın xüsusi qonağı Till Lindemann oldu. Bildiyimə görə, onunla sizi Stiven Siqal tanış edib. Növbəti illərdə festivalın səhnəsində xarici ulduzları da görmək mümkün olacaqmı?

- Hesab edirəm ki, bu işdə biraz önə baxmaq və geniş düşünmək lazımdır. Mən bir “beynəlxalq gün” təşkil etməyi planlaşdırıram. Artıq BBC ilə danışıqlar aparıram ki, artistləri onlarla birlikdə cəlb edək. Biz istəyirik ki, bizdə bir müğənni yox, çox adam çıxış etsin və əgər alınsa, bu artıq dünya miqyaslı “Jara” olacaq.

- Mən oxumuşam ki, ailəniz Amerika prezidenti Donald Trampla dostluq edir. Elə ola bilərmi ki, onu festivala dəvət edəsiniz?

- Mən Donald Tramp, Robert de Niro, Cenifer Lopes də daxil olmaqla, bütün dostlarımı və nə vaxtsa rastlaşdığım yaxşı insanları dəvət etməyi düşünürəm. Onları festivalda gözləyəcəm. Yolumuzun kəsişdiyi istənilən insanı festivalın arzuolunan qonağı hesab edirəm.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Komsomolskaya pravda


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az