20.10.2017 03:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qarabağ”la bərabərlik “Atletiko Madrid”i çətin vəziyyətə saldı
 
19.10.2017
The Washington Post, ABŞ
 

  Azərbaycan futbolu üçün tarixi heç-heçə! - FOTO
 
19.10.2017
YEVRO-FUTBOL, Rusiya
 

  Azərbaycan: terrorçuluqla mübarizədə ABŞ-ın tərəfdaşı
 
19.10.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan millisində oynayan ispan – Silvestr
 
18.10.2017
MARCA, İspaniya
 

  “Qarabağ”: Ermənistan-Azərbaycan müharibəsi üzündən 24 ildir Bakıda
 
18.10.2017
AS, İspaniya
 

 
 
Dəniz sahilində yeni yaranan moda paytaxtı: Azərbaycan brendi podiuma çıxır - FOTOREPORTAJ

 
 



Forbes, ABŞ
02.08.2017


Müəllif: Stefan Rabimov

Sizə bir şəhər haqda ip ucu verəcəm. O, şəhərin adını tapın. Bu şəhər mərhum Zaha Hadidin mükafatlara layiq görülmüş memarlıq incisi ilə fəxr edə bilər. Həmin şəhər Formula 1 yarışına ev sahibliyi edir və onun böyük neft ehtiyatı olan dənizə çıxışı var. Əgər siz Dubayı nəzərdə tutursunuzsa, onda sizin üçün xəritənizdəki mədəni istiqamətləri yeniləməyin vaxtı yetişib. Azərbaycan paytaxtı olan Bakı şəhəri özünün ultramüasirliyi və kosmopolit həyat tərzi ilə turistləri Xəzərin qədim sahilinə cəlb edir.

Qlobal iddiaları olan və yeni yaranan bazara malik şəhərlər üçün əsas meyarlardan biri moda sənayesinin olması və məşhurluğudur. Bu yaxınlarda “Azərbaycan Moda Həftəsi” 5 illiyini qeyd edib. Azərbaycanın modası sayəsində çiçəklənməkdə olan, yeni əsrdən maksimum faydalanan bu dövlətə daha çox diqqət göstəriləcək.

Bakı şəhəri səmimi möhtəşəmliyi ilə böyük təəssürat yaradır. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan şəhər memarlığında Sovet keçmişinə aid olan avtoritar ideologiya üslubundan imtina edə bilib.

Bakı şəhərində futurizm üslubunda tikilmiş “Alov qüllələri” ölkənin keçidinin uğurlu alındığının sübutudur. Təşkilatçılar moda şoularının əksəriyyətini, o cümlədən sərgiləri Daş salnamə muzeyində təşkil edir. Bu muzeydə müasir heykəltaraşların mərmərdən hazırladığı əl işlərindən əlavə, eramızdan əvvəl 2000-ci ilə aid qayaüstü rəsmlər də nümayiş etdirilir. Muzeyin yerləşdiyi ərazi zamanın ruhuna da uyğundur. Belə ki, bu muzey 1920-ci illərdə inşa olunmuş elektrik stansiyasının ərazisində yerləşir. Bu muzey bizim enerji ilə bağlı düşüncələrimizin dəyişdiyinin göstəricisi deyilmi?!

Moda həftəsində qonaqlar üçün ayrılmış oturacaqlar əl işi olan parçalarla örtülmüşdü. Bura kral sarayındakı ab-havanı xatırladırdı.

Rəngli şərflər və Azərbaycan ənənələrinə uyğun hazırlanmış incə aksesuarlar, yəni cəvahiratlar monoxrom kostyumun əlavəsi kimi gözəl görünürdü. Elnarə Bəkirova tərəfindən incə tərzdə tikilmiş gecə xalatı gözəl bir qadın geyiminə çevrilmişdi. Lali və Sultan Qədimbəyli İstanbulda çalışır. Lakin onlar öz işlərinin nümayiş etdirildiyi yer kimi Bakını seçiblər. Onlar çox ehtiyac olan “pank və qot” stillərinin qarışığını nümayiş etdirir.

Uventanın kolleksiyalarında ipək və atlasın mürəkkəb şəkildə qatlanılması, bükülməsi bir şeyi ortaya qoyur. Minimalizm bura aid deyil. Azərbaycanın dəbdəbəli geyim tərzi qədim İpək Yolu boyu uzanan Şərqlə əlaqəlidir. Bu geyimlər əl işi və zərif olmalı, onların hazırlanması zamanı bədxərclik edilməməlidir: bir geyimdə 1001 xüsusiyyət. Yerli əhali bu zarafatı xoşlayır: “Kann” film festivalı, yaxud “Oskar” tədbiri qırmızı xalçadan istifadə olunduğu Azərbaycan toyunun yanında heç nədir.

Qeyd olunan tərzdən istifadə edən dizaynerlər həm ölkədə, həm də Moskva və Londonda yaşayan zəngin azərbaycanlılar arasında məşhurdur. Bu tərz həm cəlbedici, həm də təhlükəlidir. Çünki geyimlərin yaxşı satışı ilə lazımsız yaradıcılıq arasındakı fərq əvvəlcədən təsbit olunmalı və bu problem aradan qaldırılmalıdır.

“Bakıda keçirilmiş “Azərbaycan Moda Həftəsi”nin ilk mövsümündə ictimaiyyət bu layihəyə inanmırdı. Bəziləri sadəcə olaraq Azərbaycanda dizaynerlərin olduğunu bilmirdi. Digərləri isə azərbaycanlı dizaynerlərə ciddi yanaşmırdı. İndi isə, insanlar dizaynerlərin adlarını yadda saxlamağa başlayıb. İnsanlar bizim necə işləməyimizdən danışır. Bu, hər kəs üçün ciddi dərsdir”, - deyə məşhur dizayner Ayxan Musaxanlı bildirib.

“Gucci”, “Armani”, “Céline” və digər nüfuzlu brendlərin Azərbaycanda fəaliyyət göstərməsinə baxmayaraq, ölkənin geyim bazarı dayanıqlı deyil. Belə ki, Londonun məşhur univermağı “Harvey Nichols” 2015-ci ildə Bakıda 7 mərtəbəli, 110 min kvadrat fut ərazisi olan şöbəsini açsa da, o, 1 il ərzində bağlanıb.

“İnstaqram”da “#IWearAzeri” adlı kompaniya yerli dizaynerlərə maraq yaradılması üçün açılıb. Bir neçə yüz şərhin yazıldığı bu kompaniyanın məqsədinə nail olmasına hələ çox var. “Azərbaycan Moda Həftəsi” yaranmış status-kvonu dəyişmək əzmindədir. “Söhbət yeni dizaynerlərdən deyil, yeni ideyalardan gedir”, - deyə Musaxanlı vurğulayıb.

Azərbaycan brendinin dünyada məşhurlaşması üçün nəyə ehtiyac var? Musaxanlı və digər ekspertlərin sözlərinə görə, Azərbaycanda ilk öncə dizayna bir formatlı atelye tərzində deyil, sistemli yanaşma lazımdır. Bundan əlavə, dünyanın məşhur moda paytaxlarında olan yeniliklər azərbaycanlı gənc dizaynerlər tərəfindən öyrənilməlidir. Sonda, az əhəmiyyə malik olmayan digər məsələ də var: Azərbaycan üslubunun necə olduğu müəyyən edilməlidir.

Ola bilsin ki, hazırda Bakıda bu sahədə fəaliyyət göstərən ən yaxşı şirkət “LIBAS Couture” firmasıdır. Şirkətin əsası Lina Əliyeva və Zemfira Musayeva tərəfindən qoyulub. Bu şirkətin qurucularını klassik yazar Lev Tolstoyun “Anna Karenina” romanı ilhamlandırıb. Lakin Musayeva fikrini romanın qlamur, yaxud dramatik maksimum və minimumları olan hissəsi əvəzinə, daha introspektiv hissələrinə cəmləyib. O, kitabda olan kolleksiyanı sanki dramaturq kimi təqdim edir. Hər bir kolleksiya sanki müxtəlif Kareninanı təsvir edir. Bu, güclü, beynəlxalq diqqətə layiq olan kolleksiyadır. Və bu kolleksiya “LIBAS Couture” tərəfindən hazırlanır. “Uzunmüddətli hədəfləriniz nədir?” sualına Musayeva belə cavab verib: “Laqerfeld haqda əfsanəni eşitmisiniz? Həmin əfsanəyə görə, o, eskizi masanın üstündə qoyur və komandası onu səhəri gün paltara çevirir. Mənim 3 möhtəşəm dərzim var. Lakin mən əsl fabrik istəyirəm”.

Brend sərhədləri aşır və ənənəvi elementlərin unikal tərzdə interpretasiyası ilə regionda yeni presedent yaradır. Bundan başqa, cəsarətli şəkildə hazırlanmış brend geyimlər podiumda nümayiş etdirilir. Musayevanın Edqar Deqadan ilhamlanaraq hazırladığı bundan əvvəlki kolleksiyası insanlarda narahatlıq yaratmışdı. Çünki modellər şəffaf orqanza parçasından tikilmiş paltarlarda çılpaq görünürdü. O zaman mətbuat Musayevaya təzyiq göstərirdi. Ona belə sual verirdilər: “Sən yerli mühafizəkarlıqdan qorxursanmı?”. Musayevanın cavabı belə idi: “Qorxu? Mən bu sözə nifrət edirəm. Bu haqda düşünmürəm”.

Azərbaycanda və ondan kənarda yaşayan başqa insanlar da ondan nümunə götürməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az