19.08.2017 15:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan
 
08.08.2017
Əl-İmarat əl-yaum, BƏƏ
 

 
 
Azərbaycan. Halva ilə sehrləmə - VİDEO

 
 



Euronews, Aİ
02.08.2017


Müəllif: Avrora Velez

“Açıqcalar” proqramı sizi Azərbaycanla tanış etməkdə davam edir. Bu dəfə artıq Şərq dünyasının sərhədlərini belə, aşmış məşhur şirniyyat növündən – ballı halvadan söhbət açacağıq. Bu şirniyyat hələ eramızdan əvvəl 7-ci əsrdə Mesopotamiyada populyar olub.

Avrora Velez, Euronews: Biz əsasən günəbaxan tumundan hazırlanan halva ilə tanışıq. Əsl halvanın dadına isə yalnız Azərbaycanda baxmaq olar. Özü də hər bölgənin öz resepti var. Onlardan ən dadlısı, yəqin ki, Şəkidə hazırlanır”.

Halvanın hazırlanmasında qozla yanaşı, ədviyyatlardan da istifadə olunur. Məsələn, zəfəran dəmlənərək qaz lələyi ilə halvanın üzərinə çəkilir. Zəfəranla kəklikotu halvaya damağınızdan getməyəcək dad verir.

Bu qənnadı məmulatının diametri bir metrə yaxın olur. Onun ləzzətinin qarşısında heç bir qurman tab gətirə bilməz.

İstehsalçılar şirniyyatın reseptini heç kəsə açıqlamır. Bu səbəbdən onun sirrini yalnız 200 ildir bu işi öz ailə biznesinə çevirmiş adamlar bilir. Xalq arasında onları “halvaçı” adlandırırlar. Xəmirin necə bişirildiyini, ona nə qədər çəkilmiş qoz əlavə olunduğunu, şərbətin necə hazırlandığını heç kəs heç zaman incəliklərinə qədər bilməyəcək. Lakin yerli halvaçı Toğrul Əliəhmədli bəzi sirləri bizimlə bölüşdü.

Toğrul Əliəhmədli, halvaçı: “Düyü unundan hazırlanmış halva beş yuxadan, fındıqdan və ədviyyatdan ibarətdir. Sonra onun üstünə su və limondan hazırlanmış şərbət yayılır. Hazır məhsul bir gün sonra satışa buraxılır”.

Xəmirin necə bişirildiyini, ona nə qədər çəkilmiş qoz əlavə olunduğunu, şərbətin necə hazırlandığını heç kəs heç zaman incəliklərinə qədər bilməyəcək. Təkrar etməyə çalışmayın! Heç nə alınmayacaq. Sadəcə gəlin və dadın.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az