19.08.2017 15:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın müdafiə naziri: “Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək əzmindəyik”
 
17.08.2017
IRNA, İran
 

  Azərbaycan Çempionlar Liqasını xəyal edir
 
17.08.2017
BESOCCER, İspaniya
 

  Təranə: Azərbaycanın Fransadakı səsi
 
14.08.2017
Mediapart, Fransa
 

  Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır
 
10.08.2017
ANAJ, İran
 

  Aİ-nin Dağlıq Qarabağ münaqişəsində rolu və sülh imkanı
 
04.08.2017
Euobserver, Belçika
 

 
 
Bakı… Azərbaycanın paytaxtı, Asiya ilə Avropanın görüşdüyü məkan

 
 



Əl-İmarat əl-yaum, BƏƏ
08.08.2017


Müəllif: Rəfiq əl-Curcavi

Bakı Azərbaycanın şərqində, Xəzər dənizinin sahilində yerləşir. Ölkə əhalisinin 93%-ni müsəlmanlar təşkil edir. Şəhər eyni zamanda həm qədimliyi, həm də müasirliyilə gözəldir. O, sadəliyin, sakit yaşamın ünvanıdır. Bakıda alış-veriş məkanlarının muzeylərin və qədim binaların yaxınlığında yerləşməsi şəhərdə gözəl sintez yaradır, sanki şəhər antik əşya həvəskarları və muzeylə tanış olmağı sevənlər üçün açıq ticarət məkanıdır.

Bir sözlə, Bakı bu məqsədlərlə səfər ediləsi şəhərlərdən biridir. O, təpəlik ərazidə salınıb. Qafqaz regionunun paytaxtları içərisində ən məşhurlarından biri məhz Bakıdır. Şəhər həm də Avropa ilə Asiyanın qovuşduğu məkandır. Qışda belə, Bakı küçələrində həyat qaynayır. Buranın iqlimi dekabrda da günəşlidir. Odur ki, Bakı doğum günlərinin və ya yeni il tətilinin keçirilməsi üçün məşhur istiqamətdir.

Sakitlik və sadəlik

Sadəliyi və sakitliyi sevənlərin vaxtlarını keçirməsi üçün Bakıda bir neçə məkan var. Bulvar, Şıx sahillərində yerləşən koteclər və s. Buranın gözəl yay havası ərəb körfəzi regionunun baharını xatırladır. Açıq şəhərolan Bakı beynəlxalq şəhər hesab olunur. Burada müxtəlif millətlərin nümayəndələri qarışıq şəkildə, harmoniya şəraitində yaşayır.

Bütün dövlət idarələri, səfirlik binaları, ən yaxşı əyləncə məkanları şəhərin mərkəzində yerləşir və ağaclarla əhatələnib. Başqa ölkələrdə qədim binaların və tarixi məkanların yerləşdiyi şəhər mərkəzlərində bunun əksini görürük.

Bakıda binalar və iaşə obyektlərinin hamısı müasirdir və gözəldir. Şəhərin əksər yerlərində ticarət mərkəzləri var.

Qız qalası

Qız qalası qədim Bakıda turistlərin üz tutduğu ən mühüm məkanlardan biridir. Buna görə də qalanın şəkli Azərbaycanın kağız əsginaslarının bəzilərinin, eləcə də rəsmi poçt markalarının üzərinə həkk olunub. Bu gün qalada Bakının tarixi inkişafını əks etdirən muzey, eləcə də xatirə hədiyyələrinin satışı üçün guşə fəaliyyət göstərir.

İçərişəhər Azərbaycanın tarix qoruğudur. Ora qala divarları ilə əhatələnib. İçərişəhərdə 300-dən çox ailə yaşayır. Bura ənənəvi sənət və sənətkarlıq mərkəzi sayılır. Şəhər 1748-ci ildən 1806-cı ilədək Bakı quberniyasının mərkəzi olub.

İçərişəhər 1977-ci ildə tarixi abidələrin qoruğu elan edilib. Qala divarları, binalar, küçələr təmir edildikdən sonra prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı sərəncamla İçərişəhər tarixi irs kimi qorunur.

Qəbələnin sehri

Paytaxt Bakı ilə yanaşı, Qəbələ də turistlərin üz tutduğu ən mühüm şəhərlərdəndir. O, paytaxtdan 225 kilometr uzaqlıqda, dərin çay vadilərində və uca dağların qoynunda yerləşən dağlıq şəhərdir. Şəhər turistləri müxtəlif əsrlərə aid tarixi və mədəniyyət abidələrilə valeh edir. Qəbələ qədim tarixi, əsrarəngiz təbiətilə fərqlənir.

Yaz fəsli Qəbələyə səfər etmək üçün ən yaxşı vaxtdır. Bu zaman şəhər gözəl yaşıl örtüyə bürünür, yaşıl təbii mənzərələr insanı cəlb edir. Sıx ağaclar və təbiətin gözəlliyinə valeh olmamaq mümkün deyil.

Qəbələ Azərbaycanda ən böyük əyləncə məkanına malik olan şəhərdir. Oranın sahəsi 16 hektardır. Şəhər turistləri cəlb etmək üçün bütün imkanlara malikdir. Onlar burada HD kinoteatrlarından, buz üzərində sürüşmək üçün tikilmiş meydançalardan, kartinq xidmətlərindən, idman meydanlarından istifadə edə, dadlı mətbəxə qonaq ola bilər. Bu səbəbdəndir ki, şəhərə hər il minlərlə turist gəlir. Onlar məşhur şabalıd meşələrində, vadilərdə, gözoxşayan kəndlərin qoynunda səyahətdən həzz alır.

Qəbələ şəhəri Caz, Muğam festivalları kimi müxtəlif beynəlxalq musiqi festivallarına və tədbirlərə ev sahibliyi edir. Qəbələ Azərbaycanın qədim şəhəridir. Onun iki min ildən çox yaşı var. O, bu əraziləri də əhatə etmiş qədim dövlətin paytaxtı olub. Tarixi mənbələrə görə bu şəhər miladi təqvimi ilə birinci əsrdə inşa edilib.

Qədim Qəbələ əsrlər boyu yadellilərin hücumuna məruz qalıb. İslam xilafətinə tabe edildikdən sonra şəhəri monqollar işğal edib. Daha sonra Osmanlıların hakimiyyəti altına keçib. Bu səbəbdən hər dövlət buranın mədəni bünyəsində müəyyən iz buraxıb.

Qəbələnin memarlıq quruluşu onun təbii gözəlliyini tamamlayır. Zərdüştilik, Sasani, ərəb, fars, Şirvan, Osmanlı və rus mədəniyyətləri qədim şəhərin formalaşmasına təsdir edib. Şəhər UNESCO-nun Dünya İrsinin bir hissəsi hesab edilir.

“Fly Dubai” şirkəti Bakı istiqamətində fəal çalışır. Şirkət gündə iki dəfə olmaqla, Dubaydan Azərbaycan paytaxtına reyslər təşkil edir. O, turizm həvəskarlarına, təbiətdən zövq almaq istəyənlərə xidmət edir. Buna görə şirkət Qəbələ şəhərinə də yay fəsli ərzində həftədə iki reys həyata keçirir.

Bakı Televiziya Qülləsi

Bakı Televiziya Qülləsi paytaxtın mühüm turizm məkanlarındandır. Tele-radio yayımı üçün nəzərdə tutulmuş qüllə 1996-cı ildə inşa edilib. Hündürlüyü 310 metrdir. Bu, Bakı ərazisində ən hündür memarlıq tikilisidir. Layihə SSRİ Kommunikasiya Nazirliyi tərəfindən 1979-cu ildə irəli sürülüb. Onun 1985-ci ildə tikilib təhvil verilməsi planlaşdırılıbmış. Lakin prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişinədək burada işlər dayanmışdı. Qüllənin tikintisi 1996-cı ildə tamamlanıb. 2008-ci ildə qüllənin 62-ci mərtəbəsində 175 metr hündürlükdə dövr edən restoran açılıb.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-İmarat əl-yaum


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az