23.06.2018 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar vəsait ayırır

 
 



ANAJ, İran
10.08.2017


Avropa Yenidənqurma və İnkişaf Bankı “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP qaz borusunun tikintisi üçün  Azərbaycana 500 milyon dollar vəsait ayırır.

Azərbaycan KİV-nin məlumatına görə, bankın idarə heyətinin oktyabrın 18-də keçiriləcək toplantısında TANAP layihəsinin icrası üçün Azərbaycana 500 milyon ABŞ dolları dəyərində kreditin ayırması haqqında qərarın qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, TANAP layihəsinin həyata keçirilməsi üçün bundan əvvəl Dünya Bankı Azərbaycana 800 milyon dollar, Asiya İnkişaf Bankı isə 600 milyon dollar kredit ayırıb. Layihənin ümumi dəyəri 8 600 milyard dollar qiymətləndirilir.

TANAP layihəsində 58%-lik paya sahib olan Azərbaycanın “Cənub Qaz Dəhlizi” şirkəti layihədə öz investisiya payını 5 milyard dollaradək artırmağı düşünür.

Layihədə Türkiyənin “Botaş” şirkəti 30, Böyük Britaniyanın BP şirkəti 12% paya malikdir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz nəqlinin 2018-ci ildə TANAP layihəsinin istismara verilməsilə başlaması nəzərdə tutulur. Boru xətti illik 16 milyardkubmetr qaz nəql etmək gücünə malik olacaq. Bunun 6 milyard kubmetri Türkiyə tərəfindən istehlak ediləcək, qalan 10 milyard kubmetr qaz isə Avropaya nəql olunacaq.

Sözügedən boru kəmərinə birləşdiriləcək TAP xəttinin 2019-2020-ci illərdə istismara verilməsi, bununla da Avropaya qaz nəqlinə başlanılması nəzərdə tutulur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az