21.01.2018 18:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Təranə: Azərbaycanın Fransadakı səsi

 
 



Mediapart, Fransa
14.08.2017


Müəllif: Luan Kost

Mənşəyi

Təranə Allahverdiyeva fransız müğənnisidir. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərində anadan olub.

Öz ölkəsində sürgündə

Şuşa Konservatoriyasında təhsil almış Təranə Dağlıq Qarabağ müharibəsi səbəbindən 1 milyon digər azərbaycanlı kimi, doğma regionunu tərk etmək məcburiyyətində qalıb. Nəticədə o, Azərbaycanın paytaxtı Bakı şəhərində məşkunlaşıb. Məhz burada o, öz musiqi repertuarına yeni janrı – cazı əlavə edib.

Təranə hələ də qeyri-qanuni olaraq işğal edilmiş doğma vətəni Dağlıq Qarabağa qayıda bilmir.

Fransa

2000-ci illərin əvvəlində o, oxumaq üçün Fransaya gəlib. Burada Təranə Sorbon Universitetinin nüfuzlu dillər, ədəbiyyat, sivilizasiya və jurnalistika fakültəsində magistraturanı bitirib. Amma onu maraqlandıran musiqi, xüsusilə mahnı idi. Məhz buna görə, Təranə paralel olaraq Parisdə Menilmontan musiqi məktəbinə daxil olub. Buradakə təhsili ona fransız musiqisilə bağlı biliklərini artırmağa imkan verib.

Yaddaqalan tarixlər

Təranə 2008-ci ildə Bakıda keçirilmiş caz festivalında “Gənc müğənni” kateqoriyasında mükafata layiq görülüb. 2009 və 2011-ci illərdə ana olduğu üçün səhnə fəaliyyətinə bir müddət ara verən musiqiçi 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində Fransa nümayəndə heyətini müşayiət edib.

2014-cu ildə o, Azərbaycan dilinə uyğunlaşdırılmış fransız mahnılarından ibarət “Esquisse” albomunu buraxıb, 2015-ci ildə “Azərbaycanın ruhu” tamaşasını səhnələşdirib. Bu tamaşa Azərbaycana və azərbaycanlılara olan ehtiramın göstəricisidir.

Elə həmin il, “Bakı-2015” birinci Avropa Oyunlarının Fransa televiziyasında elçisi kimi çıxış edib. 2016-cı ilin sonunda müğənni Fərahim Sadiqin musiqisi əsasında fransız dilində “Avec Toi, un titre au style, Dance et Oriental” adlı sinql buraxıb. Etretada çəkilmiş eyniadlı klipi internetdə 30 min nəfər izləyib.

Sərbəst sənətçi

Təranə həmçinin özəl musiqili çıxışlar edir. Bu da ona məhz “Azərbaycanın ruhu” tamaşasını maliyyələşdirməyə, eyni zamanda, sərbəst sənətçi olaraq qalmağa imkan verir.

Fransa ilə Azərbaycanın heyranı olan müğənni iki ölkə arasında mükəmməl bağdır. O, Azərbaycanın Fransadakı səsidir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mediapart


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az