21.11.2017 17:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Bakı Expo 2017 sərgisi: dünya bazarında yaranan yeni imkanlar haqqında danışmaq üçün fürsət

 
 



IRNA, İran
20.08.2017


Müəllif: Məhəmməd Mülkdar

Bakı Expo 2017 sərgisinin təşkilatçısı olan “ITF Group” şirkətinin prezidenti hesab edir ki, bu sərgi dünya bazarında yaranan yeni imkanlar haqqında fikir mübadiləsi aparmaq və iranlı sahibkarların, iş adamlarının beynəlxalq səviyyədə biznes fəaliyyətinin genişləndirilməsi üçün bir fürsət ola bilər.

Həsən Murtəci IRNA agentliyinə müsahibədə deyib: “Bakıda keçirilən CASPINDEXPO beynəlxalq sənaye sərgisi 3 hissədən ibarətdir: beynəlxalq layihələr, beynəlxalq sənaye sərgisi, beynəlxalq inşaat və neft-qaz sənayesi sərgisi”.

O, Bakı beynəlxalq sənaye sərgisini Azərbaycanda, MDB regionunda və Qafqaz bölgəsində sənaye və ticarət sektorunun ən əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirib: “Bu sərgidə biz sənaye sektorunun liderlərini və söz sahiblərini dünya bazarındakı yeni imkanlar haqda danışmaq üçün bir yerə toplamaq niyyətindəyik”.

Murtəci sərginin məqsədini belə açıqlayıb: “Mötəbər daxili və xarici şirkətlərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması imkanının yaradılması, dünyada ən son nailiyyətlərlə və müasir texnologiyalarla tanışlıq, əmək müqavilələrinin bağlanması imkanının yaradılması, fəal təmsilçilərin tapılması, müxtəlif sənaye sahələrində ən yeni elmi-tədqiqat və sənaye sahəsində nailiyyətlərin təqdim edilməsi üçün əlverişli şəraitin yaradılması, istehsal keyfiyyətinin yaxşılaşdırılması, dünya standartlarının tətbiqi, şirkətlərin əlverişli yerdə və qısa bir zamanda bir-birlərilə tanışlığı, təcrübə mübadiləsinin aparması”. Bakı Expo 2017 sərgisinin təşkilatçısı sərginin məqsədləri arasında ticarət tərəfdaşları ilə görüşlərin keçirilməsini də qeyd edib.

O, biznes fəaliyyətini beynəlxalq səviyyəyə yüksəltmək və ya yeni bazarlara investisiya yatırmaqda maraqlı olan iranlı iş adamlarına müraciət edərək, onları bu sərgidə iştirak etmək fürsətini əldən verməməyə çağırıb: “Sərgidə iştirak hazır investisiya layihələrinin təqdim edilməsinə, beynəlxalq şirkətlərlərlə əlaqələrin genişləndirilməsinə xidmət edə bilər. Bundan başqa, burada dünya liderlərilə, dünya bazarında və ticarətində nüfuzlu şəxslərlə birbaşa əlaqə qurmaq imkanı da var”.

Murtəci daha sonra deyib: “İş otaqlarında və konfranslarda fəal iştirak etmək, beynəlxalq əməkdaşlıq yolu ilə ünvanlı dəstəyin əldə edilməsi, şirkətlər arasında iqtisadi tələbatların araşdırılması və birbaşa danışıqların aparılması, şirkətin fəaliyyətinin pavilion çərçivəsində təqdim edilməsi, qəzetlər, internet və mətbuat konfransları vasitəsi ilə marketinq və media sahəsində fəal iştirak etmək sərgi iştirakçıları üçün yeni imkanlar yaradacaq”.

“ITF Group” şirkətinin baş direktoru vurğulayıb: “Şirkətimiz Bakının Expo Center Mərkəzində keçiriləcək CASPINDEXPO beynəlxalq sənaye sərgisində İran İslam Respublikasının pavilionunu qurmağı nəzərdə tutur. Bu sərgi həmçinin kreativ düşüncəli sənayeçilər üçün istehsal etdikləri məhsulları təqdim etmək və eləcədə İrana qonşu olan digər ölkələrin müxtəlif sənaye sahələrilə tanışlıq baxımından əlverişli imkan sayılır”.

Murtəci xatırladıb ki, Azərbaycan bölgənin neft-qaz hasilatçısı ölkələrindən biridir və ölkədə bu sahədə çoxsaylı layihələr həyata keçirilir: “Hazırda İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq MDB məkanında minimal ticarət riski daşıyır”.

“Sərgiyə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Yaponiya, Qazağıstan, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan, Hindistan, İtaliya, Fransa, Almaniya, Yunanıstan, İspaniya, Ukrayna, Hollandiya, Serbiya, Bolqarıstan, Çexiya Respublikası, Rumıniya, Macarıstan, Polşa, Sloveniya, Bosniya və Herzeqovina, Kanada və Finlandiya kimi ölkələr dəvət olunub”, - deyə o, vurğuıayıb: “Azərbaycanda iqtisadi islahatlara start verildiyini, ticarət və investisiya sektorunun inkişafına xüsusi diqqət yetiridiyini nəzərə alsaq, İran bu imkandan ixracın genişləndirilməsi üçün istifadə edə və bu ölkə bazarında öz payını artıra bilər. Azərbaycanın strateji mövqeyindən İranın ixrac bazası kimi yararlanmaq və ölkə məhsullarını qonşu dövlətlərə ixrac etmək olar”.

IRNA agentliyinin məlumatına görə, CASPINDEXPO beynəlxalq sənaye sərgisi və beynəlxalq inşaat sərgisi eyni zamanda cari ilin 13-15 sentyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az