23.06.2018 02:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
“Bakıda “Atletiko Madrid” hamıda Arda Turanla assosiasiya olunur”

 
 



AS, İspaniya
28.08.2017


Müəllif: Patrisiya Kason, Xesus Kolino

“Atletiko”nun rəqibi olan Azərbaycanın “Qarabağ” klubunda 3 ispan var: məşqçi Selles və futbolçular Kintana ilə Miçel.

Ruben Selles “Qarabağ”ın soyunub-geyinmə otağına ilk dəfə 2015-ci ildə baş məşqçinin köməkçisi kimi daxil olub. Bura gələn zaman ilk olaraq hələ 3 il öncə “Neftçi Bakı”da ikinci məşqçi olduğu zaman öyrəndiyi “davay” sözünü xatırlayıb. Bu, azərbaycanlıların məşqçilər qərargahında istifadə olunan rus sözüdür və “getdik” deməkdir.

Az sonra Selles “Qarabağ”ın heyətinda ispanca danışan bir oyunçu tapıb. Bu Dani Kintana idi. Sonra daha biri – Miçel gələcəkdi. Bunlar Çempionlar Liqasının qrup mərhələsində oynayacaq ilk Azərbaycan klubu olan “Qarabağ”ın heyətindəki 3 ispandır. Onların rəqibi “Atletiko”dur.

Ruben Selles Azərbaycana Yunanıstan (“Tripoli”), Norveç (“Stromgodset”) və Rusiya (“Şinnik”) futbolundan keçərək gəlib. “Mən “Qarabağ”a Qurbanovun köməkçisi kimi gəlmişdim. Sonradan fiziki hazırlq üzrə məşqçinin xəstələnməsi üzündən bu işi də öz üzərimə götürdüm”, - deyə o, bildirir. Selles taktika və fiziki hazırlqla məşğul olur. Şəhər haqqında danışan Selles deyir: “Burada ispan çoxdur. Müxtəlif şirkətlərdə, neft şirkətlərində. Bura Avropadır”.

Bu gün xüsusi əyləncəli yığıncaq var. Məhz “Atletiko”nun rəqib olduğu Çempionalar Liqasına düşmək münasibətilə. “Burada hamı ağ-qırmızılara  azrkeşlik edir və bu həm Arda, həm də komandanın geyimində “Azərbaycan” yazısının olması ilə bağlıdır”, - deyə mütəxəssis bildirir.

Qurbanov Qvardiolanı izləyərək öyrəndiyi 4-3-3 sxemilə işləyir. Ruben komandanın ən yaxşı oyunçularını sadalayan zaman gülərək, “Miçel və Dani Kintana” deyir: 2015/16 mövsümündə komandanın “beyni” ilə bombardiri. Lakin Kintana 6 aydır dizindəki zədə üzündən matçlara çıxa bilmir. O, dizini müayinə etdirmək üçün Madridə gedəcək. Dani deyir ki, “Azərbayacana Səudiyyə Ərəbistanı və Polşadan keçməklə gəlmişəm”. İndi, o, bərpa olunaraq meydana qayıtmalıdır. Nikbinliyi tez bərpa olunmasına yardım edir. Fərqliliklər? “Siz İspaniyadakı komandaların soyunub-geyinmə otaqlarından fərqli mənzərə görə bilərsiniz. Burada, elə ölkədə olduğu kimi, əkəsriyyət müsəlmandır. Onlara hörmət əlaməti olaraq bəzi şeyləri etmirik. Məsələn, oyundan sonra uca səslə musiqi dinləyərək pivə içmək”, - deyə Dani gülərək bildirir.

O zarafatla deyir ki,“biz “Atletiko”nu istəmirdik, çox çətin komandadır”. Amma bununla yanaşı, o, 5 saat yarım uçmaqla İspaniyaya – evinə gedəcək: “Bəzi dostlarım artıq məndən oyuna bilet istəyir”.

O ki qaldı “Sportinq” və “Xetafe”də çıxış etmiş Miçelə, o 2 il əvvəl məsləhət üçün həmyerlilərinə zəng edibmiş. “İsraildə idim.  Bakıdan “ekzotik” təklif almışdım. Məsləhət üçün Dani və Rubenə zəng etdim. Onlar məni inandırdılar. İndi, bura hər gün daha çox xoşuma gəlir. Gözəl və təhlükəsizdir”, - deyə o, bildirir: “Ağdam Dağlıq Qarabağda şəhərdir və komandanın vətənidir. Bakıdan maşınla 5-6 saatlıq məsafədə yerləşən bu şəhər indi müharibə kabusu içərisindədir. Elə oyunçu yoldaşlarımız var ki, evlərini, ailələrini orada itiriblər. Orada dağıdılmış stadionun adı “İmarət”dir. İndi, komandamızın “fan klub”u belə adlanır. Siz onları 18 oktyabrda, “Atletiko” Bakıda oynayan zaman görəcəksiz”.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az