
Hürriyet, Türkiyə
30.08.2017
Azərbaycanda dünyanın ilk və yeganə miniatür muzeyi qonaqlarını qarşılayır. 66 ölkədən gətirilmiş kitabların nümayiş etdirildiyi muzeyə giriş pulsuzdur. Muzeyin ən qiymətli əsərlərindən biri isə Quranın 7-ci əsrə aid əlyazmasıdır. Budur, yalnız 7,5 santimetrdən kiçik kitabların miniatür olaraq qəbul edildiyi muzey.
Dünyanın ilk və yeganə miniatür kitab muzeyinin tarixi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun bacısı, filoloq Zərifə Salahovanın getdiyi hər ölkədə miniatür kitab toplamasıyla başlayıb. Bütün imkanlarını səfərbər edən Salahova Azərbaycan prezidentinin də dəstəyi sayəsində öz arzusunu həyata keçirərək, kolleksiyasını gözəl bir muzeyə çevirib.
Muzeydəki ən kiçik kitab 0,75x0,75 millimetr ölçüsündəki “Dörd mövsüm çiçəkləri”dir. Kitab Yaponiyada “Toppan” nəşriyyatı tərəfindən nəşr olunub. 22 səhifəlik bu kitabı ancaq xüsusi mikroskopla oxumaq mümkündür.
Muzeydə ölkəmizdən də bir çox əsərə yer verib. Bunlarln arasında “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Atatürkün nitqi”, Alpaslan Türkeşin “Doqquz işıq” adlı kitabı ilə Ümit Yaşar Oğuzcanın şeir kitabları, Nazım Hikmət və Yaşar Kamalın kitabları var.
6 mindən çox kitabın olduğu muzeydə ən mühüm eksponatlardan biri də 7-ci əsrə aid Quran əlyazmasıdır.
Muzeydə miniatür kitablar, eləcə də müxtəlif zərrəbinlərin köməyilə oxuna biləcək mikro kitablar mövcüddur. Onlar miniatür olmaqla yanaşı, tarixi baxımdan da dəyərlidir.
Zarif Salahova miniatür kitabları ilə müxtəlif sərgilərdə iştirak edir, bununla da muzeyini tanıdır. Bakıya gələn turistlərin də baş çəkdiyi bu muzeylə indi, bütün dünya maraqlanır. O, dünyanın ən geniş miniatür kitab kolleksiyasına sahib muzey kimi, Ginnesin “Rekordlar kitabı”na düşüb.
(Türk dilindən tərcümə - WorldMedia.Az)
|