21.11.2017 17:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Azərbaycan turistləri öz rəngarəngliyilə təəccübləndirəcək - FOTOREPORTAJ

 
 



Metro, Rusiya
02.09.2017


Müəllif: Anna Xramtsova

Dağ mənzərələrini seyr etmək, Şərq şirniyyatları dadmaq, müasir memarlıq möcüzələrini görmək və dənizdə çimmək üçün İsveçrə, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və ya Taylanda getmək lazım deyil. Bütün bunları siz günəşli Azərbaycanda tapa bilərsiniz.

Bu ölkə adamı elə ilk baxışdan özünə valeh edir. Moskvadan Azərbaycanın paytaxtına həm təyyarə, həm də avtobusla getmək olar. Şəxsən mən təyyarədən istifadə etdim və artıq 3 saat sonra ən son texniki təhcizata malik Bakı hava limanında idim.

Bakının İçərişəhəri

İçərişəhərdə gəzintim Bakının rəmzi sayılan Qız qalasına ziyarətlə başladı. Bu qədim tikilinin dəqiq yaşını müəyyən etmək hələ ki, mümkün olmayıb. Arxeoloqlar hesab edir ki, qalanan inşası iki mərhələdə başa gəlib: birinci mərhələ islamdan öncəki dövrə, ikincisi isə XII əsrə təsadüf edir. Fərqli vaxtlarda qaladan müxtəlif məqsədlər üçün istifadə olunub: XII əsrdə o, müdafiə qurğusu, XVIII-XIX əsrlərdə mayak olub. Bu gün isə Qız qalasında müasir interaktiv muzey və şəhərə gözəl mənzərəsi açılan seyr meydançası yerləşir.

Brilyant əlin izi ilə

İçərişəhərdə gəzişmək ayrı həzzdir. Hər birinin unikal gözəlliyi olan evlərin memarlıq üslübu adamı sadəcə, heyran edir. Hələ buradakı ətirləri demirəm! Sizə ənənəvi Azərbaycan stəkanlarında Azərbaycan çayı içməyi tövsiyə edirəm. Özü də ballı paxlava ilə. Bunu, məsələn, “Brilyant əl” kafesində edə bilərsiniz. Kafe rejissor Qaydayın eyniadlı filmində Yuri Nikulinin canlandırdığı Semyon Qorbunkovun yıxılıb, sonra isə qolu gipsdə ayıldığı yerdə yerləşir. Bu yer artıq rus turistlərinin Məkkəsinə çevrilib – onlar buraya şəkil çəkdirməyə və Qorbunkovun məşhur “Çort poberi!” ifadəsini möhkəmdən deməyə gəlirlər.

Müasir Bakı

Bakının qədim binaları müasir tikililərlə – Avropa səviyyəli dəbdəbəli otellər, ticarət və biznes mərkəzlərilə gözəl harmoniya təşkil edir. İçərisində ofis, mehmanxana və mənzillərin yerləşdiyi “Alov qüllələri”nisə şəhərin istənilən nöqtəsindən görmək mümkündür. Onlar 3 alov dilini xatırladır.

Bakıda həmçinin əsl müasir memarlıq şedevri var – bu, əfsanəvi memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzidir. Bina zahirən nəhəng balina və ya kəpənəyi xatırladır. Nə qədər çalışsam da, onun fotosunu tam çəkə bilmədim.

Dənizdə istirahət

Hər şeyə rəğmən, Bakının ən görməli yerlərindən biri də Xəzər dənizidir. Onun bu qədər təmiz və yumşaq olması şəxsən mənim üçün bir kəşf idi. Şəhərin mərkəzində çimərliklər yoxdur. Buna görə də çimmək və günəşdə qaralmaq üçün “See Breeze Resort” tətil şəhərciyinə yollanmaq olar. Onun yaxınlığındakı Yanardağ təbii qoruğunda Abşeron yarmadasının ən möcüzəli yerlərindən biri yerləşir. Bu dağın ətəyində yerdən çıxan alovu nə yağış, nə qar söndürə bilir. Əslində isə bu qeyri-adi mənzərənin çox sadə izahı var: torpağın yuxarı qatlarından çıxan təbii qaz, oksigenlə rastlaşdıqda alova çevrilir.

Qəbələ

Azərbaycana ən azı 10 gün müddətinə gəlməyi tövsiyə edirəm. Axı təkcə paytaxtı görmək, hələ ölkəni görmək demək deyil. Bakının 200 kilomerliyində yerləşən Qəbələ şəhərini çox vaxt “Azərbaycanın İsveçrəsi” adlandırırlar. İlin isti fəsillərində burada “Yeddi gözəl” şəlaləsinə baş çəkmək, raftinqlə məşğul olmaq və ya dağlara qalxmaq mümkündür. Qışda isə kanat yolları çəkilmiş dağ kurortunda dincəlmək olar. Ən əsası, nə vaxt gəlməyinizdən asılı olmayaraq, yerli delikatesləri – müxtəlif kabab növləri, dolma, Azərbaycan plovu, qutablar, şərab və bir çox digər nemətləri dadmaq fürsətini əldən verməyin.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Metro


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az