21.02.2018 11:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Azərbaycan Myanma müsəlmanlarına humanitar yardım göndərib

 
 



IRNA, İran
11.09.2017


Müəllif: Mehdi Neməti

Azərbaycan cümə günü Banqladeşdə məskunlaşmış myanmalı müsəlmanlar üçün humanitar yardım göndərib.

IRNA agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə açıqlamasında ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, 100 ton humanitar yardım aparan təyyarənin cümə günü Banqladeşə yola düşdüyü bildirilir.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Myanma müsəlmanlarına göndərilən humanitar yardım qida məhsulları, o cümlədən 20 ton şəkər tozu, 20 min litr bitki yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton ət konservi, 20 ton makaron və 20 ton un, eləcə də istehlak mallarından ibarətdir.

Azərbaycanın Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl bəyanat yayaraq, Myanmada müsəlmanlara qarşı zorakılıqdan narahatlığını ifadə etmişdi.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az