21.11.2017 17:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakıda diplomatik giqabaytları hesabladılar
 
21.11.2017
İzvestiya, Rusiya
 

  Zənginlər üçün neft vannası
 
21.11.2017
Tasnim, İran
 

  Azərbaycan – ABŞ-ın tərəfdaşı
 
21.11.2017
The Washington Times, ABŞ
 

  Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin inşasına 500 milyon dollar ayırır
 
17.11.2017
IRNA, İran
 

  Azərbaycan Minsk qrupunun süründürməçiliyilə fövqəldövlətlərin mənafeləri arasında
 
16.11.2017
Əl-Muraqib əl-İraqi, İraq
 

 
 
Türkiyə, Azərbaycan və Gürcüstanın XİN rəhbərlərinin görüşündən Yerevana mesaj

 
 



ANAJ, İran
13.09.2017


Ermənistanın daha da təcrid olunması və bölgədəki nəhəng iqtisadi layihələrdən məhrum edilməsi son illər Azərbaycan üçün dividentə çevrilib.

Sentyabrın 6-da Bakıda Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşün sonunda tərəflər iki vacib sənəd – Birgə Bəyannamə və 2017-2019-cu illər üçün birgə tədbirlər planını imzalayıb.

Bakı görüşü ölkələrin ərazi bütövlüyünə hörmət, regional təhlükəsizliyin və stabilliyin təmin edilməsi baxımından mühüm diplomatik hadisə hesab olunmaqla yanaşı, üç ölkə arasında siyasi, iqtisadi və hərbi əlaqələrin genişləndirildiyinin göstəricisidir.

Demək olar ki, sözügedən üç ölkənin ortaq cəhəti Ermənistanla həmsərhəd olması və Yerevanın bu üç dövlətə qarşı ərazi iddialarıdır. Böyük ehtimalla, bu üçtərəfli görüşün Ermənistana mesajı belə olacaq: əgər Cənubi Qafqaz bölgəsində dinc, yanaşı yaşamaq istəyirsənsə, ilk olaraq Rusiya ilə deyil, bu 3 ölkə ilə razılığa gəlməlisən.

Aydındır ki, üç ölkə arasındakı hərbi-texniki əməkdaşlıq ən yüksək səviyyədədir. Hətta müştərək hərbi qüvvələrin yaradılması və ilkin mərhələdə üç dövlətin enerji kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi də nəzərdə tutulur. İqtisadi sahədə bunu qeyd etmək kifayətdir ki, Azərbaycan Gürcüstandakı xarici investorlar arasında ilk yerdə qərarlaşır. 

Əgər Ermənistan qonşularla münasibətlərində xoş niyyətli olsaydı, bu gün müxtəlif enerji layihələrindən, o cümlədən “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum dəmir yolu xəttindən böyük mənfəət əldə edəcək, Rusiyadan neft-qaz asılılığından azad olacaq, ən əsası isə silahlanmaya xərclənən və Cənubi Qafqazı hərbi silah anbarına çevirən pullar sosial, tibbi və humanitar məsələlərin həllinə sərf ediləcəkdi.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2017, WorldMedia.az