23.06.2018 02:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Müharibənin dəhşətlərindən futbolun zirvəsinə: Azərbaycanın “Qarabağ” klubu uçurumun kəndarından necə dönüb?

 
 



Euronews, Aİ
13.09.2017


Müəllif: Kris Harris

Deyəsən “Çelsi” klubunun milyonçu oyunçuları üçün bugünkü (dünənki – WM) qarşılaşma ilə bağlı yeganə stres Azərbaycan çempionu “Qarabağ”a neçə dənə top vuracaqlarıdır. Digər klublar tərəfindən qrupun autsayderi kimi qəbul olunan “Qarabağ”ı isə güman ki, futbol ən az narahat edən məsələdir.

1990-cı illərin əvvəllərində baş vermiş Qarabağ müharibəsi nəticəsində bu klub Ağdamda yerləşən doğma evindən qovulub. Ağdam şəhəri Qarabağ müharibəsinin ön cəbhəsində yerləşir. Müharibə nəticəsində 25000-35000 arasında insan həlak olub. İndi, Ağdam “ruhlar şəhəri”, yaxud “Qafqazın Hirosiması” adlandırılır.

Ağdam şəhəri “Qarabağ” klubunun Çempionlar Liqasındakı tarixi çıxışına, “Atletiko Madrid”, “Çelsi” və “Roma” kimi komandalarla qarşılaşmalarına şahidlik edə bilməyəcək. Çünki “Qarabağ” ev oyunlarını Ağdamdan yüzlərlə kilometr şərqdə yerləşən paytaxt Bakıda keçirir.

Dağlıq Qarabağ regionunun dənizə çıxışı yoxdur və bu bölgə dağlıq ərazidə yerləşir. Qarabağ müharibəsi zamanı klubun Ağdamda yerləşən stadionu bombardman nəticəsində dağıdılıb. Münaqişə Ermənistan tərəfindən dəstəklənən etnik ermənilərin Azərbaycana qarşı çıxması üzündən yaranıb.

Region Azərbaycanda yerləşir. Lakin bölgəyə qarşı tərəf də iddia edir. Tərəflər arasında 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb və o vaxtdan Dağlıq Qarabağ problemi “dondurulmuş münaqişə” kimi qalıb.

2015-ci ildən etibarən ev oyunlarını yeni stadionda keçirən “Qarabağ” klubu “Kopenhagen”i iki oyunun nəticəsinə görə məğlub etməklə, Çempionlar Liqasının “C” qrupuna düşüb. O, Azərbaycan tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk klubdir.

Komandanın baş məşqçisi Azərbaycanın futbol ulduzu olmuş Qurban Qurbanovdur. “Qarabağ” ard-arda 4 il Azərbaycan çempionu olub. Azərbaycanın ən böyük ərzaq istehsalçısı və ixracatçısı olan “Azərsun” şirkətinin XXI əsrin əvvəllərində “Qarabağ”a sponsurluq etməyə başlamasından sonra klubun iqtisadi durumu yaxşılaşıb.

““Azərsun” Qarabağdan olan məcburi köçkünlərə yardım layihələrinin həyata keçirilməsinə böyük diqqət ayırır. Şirkət klubun maliyyələşdirilməsini də ümumi sosial strategiyasının bir hissəsi sayır”, - deyə idman yazarı Damiano Benzoni bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağ münaqişəsi zamanı 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini bəyan edib. “Qarabağ” klubunun keçmiş hücumçusu (klubun ən yaxşı hücumçularından biri olub) Vüqar Nadirov Qarabağ müharibəsi nəticəsində uşaq yaşlarında məcburi köçkünə çevrilib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az